Bakıda qulaqdibi xəstəliyi yayılıb? - Açıqlama
10 İyul 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
60
13.07.2026, 12:25
Musiqi təkcə əyləncə vasitəsi deyil, insan beyninin fəaliyyətinə, emosiyalarına və davranışına birbaşa təsir göstərən ən güclü stimulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, dinlədiyimiz musiqi əhval-ruhiyyəmizi dəyişdirə, qərarlarımıza təsir göstərə, hətta yaddaş və öyrənmə qabiliyyətimizi gücləndirə bilər.
Oxu24.com-a açıqlama verən nevroloq Dr. Qalib Əsədov bildirib ki, musiqinin beyinə təsiri o qədər güclüdür ki, eyni hadisə musiqili və musiqisiz təqdim edildikdə insan tamamilə fərqli emosiyalar yaşayır.
Onun sözlərinə görə, filmlərdə emosional təsirin əsas səbəblərindən biri məhz fon musiqisidir.
“Təsəvvür edin ki, filmdə çox təsirli bir səhnə göstərilir – insan sevdiyi ilə görüşür, ayrılır və ya faciə yaşayır. Əgər həmin səhnədə musiqi olmasa, tamaşaçı eyni emosiyanı hiss etməyəcək. Çünki musiqi beynin emosional mərkəzlərini aktivləşdirərək hadisənin təsir gücünü dəfələrlə artırır. İnsan əslində görüntüyə deyil, görüntü ilə birlikdə musiqinin yaratdığı hissə reaksiya verir.”
Nevroloq qeyd edib ki, musiqi insanın davranışına da təsir göstərə bilir.
“Toylarda və ya kütləvi tədbirlərdə bəzən kiçik mübahisələrin böyüməsinin səbəblərindən biri də seçilən musiqinin yaratdığı emosional gərginlik ola bilər. Döyüş marşları, cəngi və ritmik musiqilər insan beynində adrenalin və dopamin ifrazını artırır. Bu da insanı daha emosional, daha coşqulu vəziyyətə gətirir. Tarix boyu orduların yürüş zamanı marşlardan istifadə etməsi təsadüfi deyil. Musiqi insanın psixoloji hazırlığını və emosional vəziyyətini dəyişdirən vasitələrdən biridir.”
Dr. Qalib Əsədov bildirib ki, müxtəlif musiqilər insan üz ifadəsinə və davranışına da fərqli təsir göstərir.
“Toylarda diqqət etsəniz, yallı və ya ritmik musiqilər altında rəqs edən insanların üz ifadələri ilə sakit melodiyalar dinləyən insanların mimikası tamamilə fərqlidir. Musiqi beyində emosiyalara cavabdeh sahələri aktivləşdirir və insanın davranışına təsir göstərir. Bəzən insan özü də fərqinə varmadan dinlədiyi musiqinin təsiri altında qərarlar verir.”
Nevroloqun sözlərinə görə, musiqinin insan intellektinə təsiri ilə bağlı da kifayət qədər elmi araşdırmalar mövcuddur.
“İbtidai musiqi təhsili alan uşaqlarla heç bir musiqi təhsili almayan uşaqlar müqayisə ediləndə onların beynində yaranan sinir əlaqələrinin fərqli olduğu müşahidə edilir. Musiqi məşğələləri yeni sinapsların yaranmasına kömək edir, yaddaşı, diqqəti və öyrənmə qabiliyyətini gücləndirir. Buna görə də musiqi yalnız incəsənət deyil, eyni zamanda beynin inkişafını dəstəkləyən vacib vasitədir.”
Həkim dünya elminə məlum olan “Motsart effekti” barədə də danışıb.
“Psixologiyada və neyrobiologiyada ‘Motsart effekti’ adlanan anlayış var. Araşdırmalar göstərib ki, klassik musiqi dinləyən tələbələr və şagirdlər bəzi hallarda diqqət və öyrənmə testlərində daha yüksək nəticələr əldə edirlər. Bu, musiqinin beyində informasiyanın emalına müsbət təsir göstərə bilməsinin göstəricilərindən biridir.”
Dr. Qalib Əsədov hesab edir ki, uşaqların dinlədiyi musiqiyə xüsusi diqqət yetirilməlidir.
“Valideynlər uşaqların hansı musiqiləri dinlədiyini nəzarətdə saxlamalıdırlar. Körpəlik dövründə laylalar, sakit melodiyalar və klassik musiqilər uşağın emosional inkişafına müsbət təsir göstərir. Çünki beynin emosional mərkəzləri məhz bu dövrdə formalaşır. Dinlənilən musiqi uşağın gələcək psixoloji vəziyyətinə də təsirsiz ötüşmür.”
Nevroloq vurğulayıb ki, musiqi insanı sevindirə, kövrəldə, nostalji hisslər oyada və ya əksinə aqressivləşdirə bilər.
”Bəzən bir mahnını eşidən kimi illər əvvəl yaşadığımız hadisələri xatırlayırıq, kövrəlirik və ya sevinirik. Bunun səbəbi musiqinin yaddaş və emosiyalarla əlaqəli beyin sahələrini eyni vaxtda aktivləşdirməsidir. Ona görə də dinlədiyimiz musiqi seçimində diqqətli olmalıyıq. Davamlı aqressiv və mənfi emosiyalar yaradan musiqilər psixoloji vəziyyətə mənfi təsir göstərə bilər. İnsan ruhuna sakitlik gətirən, müsbət hisslər yaradan musiqilərə üstünlük vermək daha faydalıdır.”
Turan
13:47 / 13 İyul 2026
10
13:42 / 13 İyul 2026
30
13:34 / 13 İyul 2026
31
13:28 / 13 İyul 2026
198
13:28 / 13 İyul 2026
28
13:19 / 13 İyul 2026
35
12:59 / 13 İyul 2026
58
12:53 / 13 İyul 2026
54
12:41 / 13 İyul 2026
329
12:30 / 13 İyul 2026
56
12:24 / 13 İyul 2026
61
12:22 / 13 İyul 2026
60
12:19 / 13 İyul 2026
113
12:14 / 13 İyul 2026
61
12:12 / 13 İyul 2026
55
12:09 / 13 İyul 2026
69
12:07 / 13 İyul 2026
71
12:05 / 13 İyul 2026
55
11:48 / 13 İyul 2026
61
11:43 / 13 İyul 2026
65
11:40 / 13 İyul 2026
289
11:39 / 13 İyul 2026
63
11:33 / 13 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.