Şokolad kistası nə zaman əməliyyat olunmalıdır? — Həkim-mütəxəssisdən MÜHÜM XƏBƏRDARLIQ
20 Avqust 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
558
10.07.2026, 21:11
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.
Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyindənverilən məlumata əsasən həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.
Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir:
"Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.
Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.
Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.
Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir".
Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edib: "Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur.
Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir".
Səhiyyə Nazirliyi bir daha bildirib ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır:
"Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir.
Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur".
15:01 / 20 Avqust 2026
3
14:54 / 20 Avqust 2026
30
14:35 / 20 Avqust 2026
45
14:33 / 20 Avqust 2026
44
14:22 / 20 Avqust 2026
49
14:10 / 20 Avqust 2026
52
14:02 / 20 Avqust 2026
64
13:59 / 20 Avqust 2026
50
13:40 / 20 Avqust 2026
62
13:37 / 20 Avqust 2026
59
13:35 / 20 Avqust 2026
62
13:32 / 20 Avqust 2026
49
13:25 / 20 Avqust 2026
50
13:15 / 20 Avqust 2026
53
13:06 / 20 Avqust 2026
72
12:59 / 20 Avqust 2026
70
12:51 / 20 Avqust 2026
455
12:45 / 20 Avqust 2026
60
12:27 / 20 Avqust 2026
74
12:13 / 20 Avqust 2026
80
12:01 / 20 Avqust 2026
69
11:48 / 20 Avqust 2026
84
11:44 / 20 Avqust 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.