Hər qızdırmanın səbəbi infeksiyadır? – Həkimdən XƏBƏRDARLIQ
09 Sentyabr 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
897
10.07.2026, 16:25
Sümük şişləri orqanizmdə ciddi fəsadlara yol aça bilən və erkən mərhələdə əksər hallarda heç bir simptom verməyən gizli xəstəliklərdən hesab olunur. Bu xəstəliyin fərqli inkişaf formaları olduğundan, bəzi xəstələrdə təsadüfi müayinələr zamanı, bəzilərində isə kəskin ağrılar və ya gözlənilməz sınıqlar nəticəsində aşkarlanır. Tibb elminin inkişafı sümük şişlərinin təyin edilməsində fərqli üsullar təqdim etsə də, burada ən həlledici məqam həkimə vaxtında müraciət olunmasıdır. Mütəxəssislər bildirirlər ki, diaqnostika prosesinin düzgün və gecikdirilmədən aparılması müalicənin uğur şansını birbaşa müəyyən edir.
Oxu24.com xəbər verir ki, Zəfəran Hospitalın mütəxəssisi, həkim ortoped-travmatoloq Uzman Dr. Fərhad Verdiyev sümük şişlərinin diaqnostikası, xəstələrin müraciət formaları və tətbiq edilən əsas müayinə üsulları barədə saytımıza mühüm açıqlamalar verib.
Uzman Dr. Fərhad Verdiyev bildirib ki, sümük şişləri zamanı xəstələr tibb müəssisələrinə əsasən üç fərqli vəziyyətdə müraciət edirlər:"Birinci qrup xəstələrdə, məsələn, uşağın dizi ağrayır və bu səbəbdən rentgen çəkdirirlər. Həmin rentgen müayinəsi zamanı orada təsadüfən bir törəmə aşkarlanır. İkinci qrupda isə uşağın ayağı burxulur və ya hər hansı bir travma alır, rentgenə müraciət edirlər. Yoxlanış zamanı o nahiyədə heç bir sınıq çıxmır, lakin bir az yuxarıda başqa bir törəmə aşkarlanır. Biz bu iki qrupu şanslı xəstələr hesab edirik. Üçüncü qrup isə bir az şanssız qrupdur. Burada xəstə normal şəkildə, heç bir ağrısı və şikayəti olmadan yeridiyi halda, yaxud adi bir hərəkət etdikdə ətraflarında, sümüklərində qəfildən bir sınıq əmələ gəlir”.
Onun sözlərinə görə, rentgen çəkdirildikdən sonra məlum olur ki, həmin sınıq bölgəsində patoloji bir durum, yəni bir törəmə və ya şiş var.
Diaqnostika metodlarından danışan həkim-mütəxəssis bu prosesdə müxtəlif müayinə mərhələlərinin əhəmiyyətini vurğulayıb:"Şişlərin təyin edilməsində ilk və əsas mərhələ klinik müayinədir. İkinci növbədə rentgen müayinəsindən istifadə olunur. Lazım gəldiyi təqdirdə isə MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələrinə müraciət edirik. MRT müayinəsi bəzən xüsusi dərrman vurulmaqla, yəni kontrastlı şəkildə aparılır, bəzən isə normal MRT bizə kifayət edir. Əgər şübhəli hallar qalarsa, növbəti mərhələdə biopsiyaya müraciət olunur. Biopsiyanın nəticəsi təxminən 2-3 həftə sonra çıxdıqdan sonra artıq xəstəyə tam diaqnoz qoymaq mümkün olur”.
Sonda həkim vurğulayıb ki, unutmaq olmaz ki, vaxtında və düzgün qoyulmuş diaqnoz həyat qurtara bilər.
17:18 / 09 Sentyabr 2026
33
17:08 / 09 Sentyabr 2026
43
17:05 / 09 Sentyabr 2026
41
17:00 / 09 Sentyabr 2026
56
16:49 / 09 Sentyabr 2026
59
16:35 / 09 Sentyabr 2026
56
16:10 / 09 Sentyabr 2026
70
15:59 / 09 Sentyabr 2026
308
15:57 / 09 Sentyabr 2026
58
15:55 / 09 Sentyabr 2026
69
15:53 / 09 Sentyabr 2026
65
15:45 / 09 Sentyabr 2026
60
15:35 / 09 Sentyabr 2026
169
15:19 / 09 Sentyabr 2026
72
15:10 / 09 Sentyabr 2026
66
15:08 / 09 Sentyabr 2026
165
15:00 / 09 Sentyabr 2026
432
14:50 / 09 Sentyabr 2026
88
14:40 / 09 Sentyabr 2026
69
14:20 / 09 Sentyabr 2026
60
14:20 / 09 Sentyabr 2026
100
14:05 / 09 Sentyabr 2026
71
14:00 / 09 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.