Qarayara həyəcanı: Yoluxma necə baş verir və hansı simptomlar həyati təhlükə yaradır? – HƏKİM DANIŞDI
14 Avqust 2026, 14:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
576
10.07.2026, 12:05
Varikoz xəstəliyi son illərdə ən çox rast gəlinən damar problemlərindən biri hesab olunur. Xüsusilə uzun müddət ayaqüstə və ya oturaq vəziyyətdə çalışan insanlar arasında bu xəstəliyin yayılması getdikcə artır. Mütəxəssislər bildirirlər ki, insanların həkimə müraciət etməsinin əsas səbəbi xəstəliyin əlamətlərinin gözlə görünməsi və gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərməsidir.
Oxu24.com-a açıqlama verən ürək-damar cərrahı Arzu Vahid bildirib ki, damar xəstəlikləri arasında varikoz ən çox müraciət olunan problemlərdən biridir.
Onun sözlərinə görə, bunun əsas səbəbi insanların xəstəliyin əlamətlərini öz gözləri ilə görmələridir.
“İnsan ayaqlarındakı damarların şişdiyini, qabarıq hala gəldiyini, ağrı, ağırlıq hissi, qaşınma, yanma və ya qızartı yarandığını gördükdə artıq bunu gizlətmək mümkün olmur. Əksər xəstələr məhz bu şikayətlərdən sonra həkimə müraciət edirlər. Varikoz digər bir çox xəstəlikdən fərqli olaraq həm estetik, həm də tibbi problem yaratdığı üçün diqqətdən kənarda qalmır”, – deyə Arzu Vahid bildirib.
Mütəxəssis vurğulayıb ki, varikozun düzgün diaqnozu yalnız həkim müayinəsi ilə deyil, mütləq ultrasəs müayinəsi – doppler müayinəsi vasitəsilə qoyulmalıdır.
“Ultrasəs müayinəsi aparılmadan heç bir müalicəyə başlamaq düzgün deyil. Çünki damarların vəziyyətini, qapaq çatışmazlığını, qan axınının istiqamətini və xəstəliyin dərəcəsini yalnız doppler müayinəsi ilə dəqiq qiymətləndirmək mümkündür. Müalicə də məhz bu nəticələr əsasında planlaşdırılır”, – deyə o qeyd edib.
Arzu Vahidin sözlərinə görə, varikoz xəstəliyinə tutulma riski bəzi insan qruplarında daha yüksək olur.
“Ən çox müraciət edənlər uzun müddət ayaqüstə çalışan müəllimlər, satıcılar, bərbərlər, aşpazlar, həkimlər və digər peşə sahibləridir. Eyni zamanda saatlarla oturaq vəziyyətdə işləyən ofis əməkdaşları, sürücülər və kompüter qarşısında çalışan insanlar da risk qrupuna daxildir. Hərəkətsizlik damar sisteminə ciddi yük yaradır”, – deyə ürək-damar cərrahı bildirib.
Mütəxəssis əlavə edib ki, artıq çəki də varikozun yaranmasında mühüm rol oynayır.
“Kilolu insanlarda ayaqlara düşən yük daha çox olduğu üçün toplardamarlar üzərində təzyiq artır. Bu isə zamanla damar divarlarının genişlənməsinə və qapaq çatışmazlığına səbəb ola bilir”, – deyə o bildirib.
Arzu Vahid qeyd edib ki, qadınlarda hamiləlik dövrü də varikozun inkişafı üçün əsas risk faktorlarından biridir.
“Hamiləlik zamanı hormonal dəyişikliklər, bədən çəkisinin artması və böyüyən uşaqlığın damarlar üzərində yaratdığı təzyiq səbəbindən varikoz riski yüksəlir. Ardıcıl və çoxsaylı hamiləlik keçirən qadınlarda bu risk daha da artır”, – deyə o vurğulayıb.
Ürək-damar cərrahının sözlərinə görə, xəstələrin ən böyük səhvlərindən biri varikozu yalnız estetik problem hesab etmələridir.
“Varikoz sadəcə damarların görünməsi deyil. Müalicə olunmadıqda xəstəlik irəliləyərək ayaqlarda daimi şişkinlik, güclü ağrılar, dəri rənginin dəyişməsi, trofik yaralar və hətta tromboz kimi ciddi fəsadlara səbəb ola bilər. Buna görə də ilk əlamətlər yaranan kimi mütəxəssisə müraciət etmək vacibdir”, – deyə o bildirib.
Arzu Vahid qeyd edib ki, müasir tibbdə varikozun müalicəsi üçün müxtəlif üsullar mövcuddur və xəstələrin əksəriyyəti əməliyyatsız metodlarla da uğurla müalicə oluna bilir.
“Bu gün lazer müalicəsi, radiofrekans ablasiya, skleroterapiya və digər müasir üsullar geniş tətbiq edilir. Hansı metodun seçilməsi isə yalnız müayinədən sonra müəyyən edilir. Hər xəstə üçün fərdi müalicə planı hazırlanmalıdır”, – deyə mütəxəssis bildirib.
Sonda ürək-damar cərrahı insanlara varikozdan qorxmamağı, lakin onu laqeyd də qoymamağı tövsiyə edib.
“Varikoz vaxtında aşkarlanarsa və düzgün müalicə olunarsa, xəstəliyi nəzarət altına almaq mümkündür. Ən vacibi isə özbaşına məlhəm və ya dərmanlardan istifadə etmək deyil, ilk növbədə mütəxəssis müayinəsindən keçməkdir”, – deyə Arzu Vahid əlavə edib.
Nigar
23:02 / 14 Avqust 2026
10
22:30 / 14 Avqust 2026
53
22:17 / 14 Avqust 2026
71
21:48 / 14 Avqust 2026
83
21:38 / 14 Avqust 2026
81
21:23 / 14 Avqust 2026
70
21:12 / 14 Avqust 2026
84
21:06 / 14 Avqust 2026
99
20:52 / 14 Avqust 2026
68
20:42 / 14 Avqust 2026
85
20:23 / 14 Avqust 2026
95
20:15 / 14 Avqust 2026
108
19:49 / 14 Avqust 2026
84
19:27 / 14 Avqust 2026
66
19:20 / 14 Avqust 2026
215
19:04 / 14 Avqust 2026
82
18:52 / 14 Avqust 2026
106
18:15 / 14 Avqust 2026
96
18:04 / 14 Avqust 2026
75
17:59 / 14 Avqust 2026
181
17:50 / 14 Avqust 2026
97
17:30 / 14 Avqust 2026
150
17:15 / 14 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.