Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
631
21.05.2026, 13:44
Körpə baxımında doğru bildiyimiz yanlışlar hansılardır?
Körpənin rahatlığı və təhlükəsizliyi gündəlik kiçik seçimlərdən başlayır.Bəzən “üşüməsin”, “daha rahat yesin”, “belə yatması problem olmaz” deyə etdiyimiz bəzi vərdişlər körpə üçün əlavə risk yarada bilər. Ona görə də ilk aylarda yuxu mövqeyi, geyim seçimi və qidalandırma forması daha diqqətli olmalıdır.
Bunu Oxu24.com-a açıqlamasında həkim-pediatr Kənan Qarayev bildirib.
"Körpə hər yuxuda arxası üstə yatırılmalıdır. Yuxu səthi sərt, düz və təhlükəsiz olmalı, yataqda yastıq, yorğan, oyuncaq və yumşaq əşyalar saxlanmamalıdır. Amerika Pediatriya Akademiyası körpələrin bütün yuxularda arxası üstə, sərt və düz səthdə yatırılmasını tövsiyə edir.
Xəstəlik və hərarət zamanı körpəni həddindən artıq qalın geyindirmək də doğru yanaşma deyil. Belə hallarda məqsəd uşağı “bürümək” yox, onun bədən temperaturunun rahat tənzimlənməsinə şərait yaratmaqdır.
Qidalandırma zamanı isə körpəni tam uzanmış vəziyyətdə saxlamaqdan çəkinin. Körpəni qucaqda, nəzarət altında və yarımoturaq vəziyyətə yaxın formada qidalandırmaq daha təhlükəsizdir. Butulkanı körpənin ağzında dayaqla saxlamaq boğulma, qulaq infeksiyası və diş çürüməsi riskini artıra bilər.
Unutmayın: düzgün qulluq çətin qaydalar deyil, hər gün təkrarlanan sadə, amma təhlükəsiz vərdişlərdir",-deyə həkim bildirib.
Hazırladı: Jalə
16:04 / 11 Noyabr 2026
1
16:01 / 11 Noyabr 2026
21
16:00 / 11 Noyabr 2026
23
15:50 / 11 Noyabr 2026
46
15:50 / 11 Noyabr 2026
43
15:40 / 11 Noyabr 2026
46
15:31 / 11 Noyabr 2026
168
15:27 / 11 Noyabr 2026
352
15:13 / 11 Noyabr 2026
95
15:07 / 11 Noyabr 2026
108
14:51 / 11 Noyabr 2026
106
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
98
14:26 / 11 Noyabr 2026
234
14:13 / 11 Noyabr 2026
736
13:58 / 11 Noyabr 2026
282
13:54 / 11 Noyabr 2026
547
13:48 / 11 Noyabr 2026
155
13:44 / 11 Noyabr 2026
223
13:41 / 11 Noyabr 2026
115
13:33 / 11 Noyabr 2026
278
13:27 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.