Bal niyə illərlə xarab olmur? - SİRR AÇILDI
11 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
619
20.05.2026, 21:35
Mədə və həzm sistemi problemləri yaşayan insanlarda tez-tez rast gəlinən şikayətlərdən biri də dilin üzərində ağ ərpin yaranmasıdır. Bir çox pasiyent bunu birbaşa mədə xəstəlikləri ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, bu əlamətin səbəbi təkcə mədə olmaya bilər.
Mövzu ilə bağlı mütəxəssislər qeyd edirlər ki, dilin üzərində ağ ərpin əmələ gəlməsi bəzən ağız boşluğunun gigiyenası, bağırsaq mikroflorasının pozulması, öd durğunluğu, vitamin çatışmazlığı və ya həzm sistemindəki digər problemlərlə əlaqəli ola bilər.
Həkimlərin sözlərinə görə, xüsusilə mədədə atrofiya, həzm pozğunluğu və öd axınının zəifləməsi olan şəxslərdə qidaların tam sorulmaması nəticəsində orqanizmdə müxtəlif dəyişikliklər yaranır. Bu zaman həm bağırsaq fəaliyyəti zəifləyir, həm də dil səthində ağ ərp müşahidə oluna bilir.
Mütəxəssislər bildirirlər ki, xalq təbabətində istifadə olunan bəzi bitki dəmləmələri, xüsusilə solmazçiçəyi (ölməzçiçək) öd axınının yaxşılaşmasına kömək edə bilər. Onun öd kisəsinin fəaliyyətini stimullaşdırdığı, qatı ödü durulaşdırdığı və öd istehsalını artırdığı qeyd olunur.
Həkimlərə görə, öd mübadiləsinin düzgün işləməsi orqanizm üçün olduqca vacibdir. Çünki öd qidaların, xüsusilə yağların parçalanmasına və vitamin-mineralların sorulmasına kömək edir. Əgər öd normal şəkildə ifraz olunmursa, insanlarda köp, həzmsizlik, vitamin çatışmazlığı, halsızlıq və bağırsaq problemləri yarana bilər.
Mütəxəssislər qeyd edirlər ki, qara ciyərdə istehsal olunan ödün böyük hissəsi bağırsaqlarda yenidən sorularaq orqanizmdə dövriyyəyə qayıdır. Bu sistemin pozulması həm həzm prosesinə, həm də ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Bununla yanaşı, həkimlər xəbərdarlıq edirlər ki, dil üzərində uzun müddət davam edən ağ ərp göbələk infeksiyası, vitamin B12 çatışmazlığı, ağız boşluğu xəstəlikləri və ya digər ciddi problemlərin də əlaməti ola bilər. Buna görə də özbaşına müalicə aparmaq əvəzinə mütəxəssis müayinəsindən keçmək tövsiyə olunur.
Həkimlər bildirirlər ki, düzgün qidalanma, kifayət qədər su qəbulu, ağız gigiyenasına diqqət və həzm sisteminin vaxtında müalicəsi bu kimi problemlərin qarşısını almaqda mühüm rol oynayır.
Jalə
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.