Dağ havası orqanizmə nə edir? – Terapevt mühüm faydaları açıqladı
07 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
489
20.05.2026, 17:50
Qara ciyər və böyrəklər insan orqanizminin ən vacib müdafiə və təmizləmə sistemlərindən hesab olunur. Bu orqanlar bədənə daxil olan zərərli maddələrin zərərsizləşdirilməsi və qanın təmizlənməsi funksiyasını yerinə yetirir. Lakin narkotik vasitələr və alkoqolun uzunmüddətli istifadəsi zamanla bu həyati vacib orqanların fəaliyyətini ciddi şəkildə pozur.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, qara ciyər insan orqanizminin əsas “laboratoriyası” hesab olunur və bağırsaqlardan sorulan bütün maddələr ilk olaraq qara ciyərə daxil olur.
Onun sözlərinə görə, qida və digər maddələr bağırsaqlardan sorulduqdan sonra qapı venası vasitəsilə qara ciyərə çatır. Burada həmin maddələr süzülür, zərərli komponentlər parçalanır və yalnız bundan sonra ümumi qan dövranına ötürülür.
Qalib Əsədov qeyd edib ki, narkotik vasitələr və alkoqol qəbul edildikdə qara ciyər və böyrəklər həmin toksik maddələri zərərsizləşdirməyə çalışır. Lakin insan davamlı şəkildə yeni dozalar qəbul etdikcə orqanizm fasiləsiz yük altında qalır.
Nevroloqun sözlərinə görə, xüsusilə uzun müddətli narkotik və alkoqol istifadəsi qara ciyər hüceyrələrinin – hepatositlərin məhvinə səbəb olur. Bu proses illər ərzində davam etdikdə qara ciyərin normal fəaliyyəti zəifləyir və ciddi xəstəliklər yaranmağa başlayır.
Qalib Əsədov vurğulayıb ki, qara ciyər müəyyən həddə qədər özünü bərpa edə bilən orqandır. Lakin toksiki maddələrin təsiri uzun müddət davam etdikdə orqanda geri dönməyən dəyişikliklər başlayır. Bu dəyişikliklərin ən ağır formalarından biri isə sirrozdur.
Həkim bildirib ki, sirroz zamanı qara ciyər artıq qanı normal şəkildə təmizləyə bilmir, nəticədə orqanizmdə ciddi pozğunluqlar yaranır. Bu xəstələrdə qarında maye toplanması, zəiflik, sarılıq, iştahasızlıq və digər ağır simptomlar müşahidə edilir.
Nevroloq qeyd edib ki, qara ciyərin konkret xəstəliklərinə uyğun xüsusi müalicə üsulları tətbiq olunur. Məsələn, hepatitlər üçün ayrıca dərman preparatları, sirroz üçün isə fərqli müalicə yanaşmaları mövcuddur. Lakin toksiki maddələrin davamlı istifadəsi müalicə prosesini daha da çətinləşdirir.
Qalib Əsədov əlavə edib ki, alkoqol və narkotik vasitələr təkcə qara ciyərə deyil, eyni zamanda böyrəklərə, sinir sisteminə və digər daxili orqanlara da ciddi zərər vurur.
Mütəxəssis insanlara sağlam həyat tərzinə üstünlük verməyi, alkoqol və narkotik vasitələrdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, orqanizmi məhv edən bu vərdişlərdən qorunmaq bir çox ağır xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
JALƏ
13:29 / 10 Avqust 2026
1
13:16 / 10 Avqust 2026
39
13:10 / 10 Avqust 2026
48
12:47 / 10 Avqust 2026
53
12:37 / 10 Avqust 2026
60
12:32 / 10 Avqust 2026
99
12:30 / 10 Avqust 2026
127
12:26 / 10 Avqust 2026
110
12:19 / 10 Avqust 2026
81
12:15 / 10 Avqust 2026
56
11:59 / 10 Avqust 2026
61
11:57 / 10 Avqust 2026
290
11:57 / 10 Avqust 2026
74
11:40 / 10 Avqust 2026
74
11:39 / 10 Avqust 2026
1359
11:37 / 10 Avqust 2026
65
11:35 / 10 Avqust 2026
85
11:32 / 10 Avqust 2026
56
11:25 / 10 Avqust 2026
62
11:09 / 10 Avqust 2026
63
11:05 / 10 Avqust 2026
68
11:00 / 10 Avqust 2026
62
10:45 / 10 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.