Ölüm riskini qanla müəyyən etmək mümkün olacaq? – Ekspertdən VACİB AÇIQLAMA
11 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
844
12.05.2026, 22:47
Son dövrlər sosial şəbəkələrdə çörəyin zərərli olub-olmaması ilə bağlı müzakirələr geniş yayılıb. Bəzi iddialarda çörəyin tamamilə rasiondan çıxarılması tövsiyə olunsa da, mütəxəssislər bu yanaşmanın elmi cəhətdən düzgün olmadığını bildirirlər.
Tibb üzrə fəlsəfə doktoru, endokrinoloq Günay Əliyeva Oxu24.com saytına açıqlamasında qeyd edib ki, çörək ümumilikdə zərərli məhsul deyil. Onun sözlərinə görə, əsas məsələ çörəyin növü və gündəlik qəbul edilən miqdardır.
Mütəxəssis bildirib ki, xüsusilə ağ çörək tez sorulan karbohidratlarla zəngin olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu isə xüsusilə İnsulin müqaviməti olan şəxslərdə arzuolunmaz təsirlər yarada bilər.
Günay Əliyeva alternativ olaraq tam taxıllı və çovdar çörəyinin istifadəsini daha məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, bu növ çörəklər liflə daha zəngindir və qlükozanın qana daha yavaş qarışmasına kömək edir. Bu da həm toxluq hissini uzadır, həm də metabolik balansı qorumağa yardım edir.
Həkim əlavə edib ki, çörəyin qəbul vaxtı da vacib amildir. Xüsusilə axşam saatlarında və gec vaxtlarda çörək istehlakı tövsiyə olunmur. Lakin gün ərzində porsiya nəzarətdə saxlanılarsa, sağlam insanlar üçün çörəyin qəbulu problem yaratmır.
Mütəxəssisin fikrincə, ən böyük səhvlərdən biri çörəyin miqdarına nəzarətsiz yanaşmadır. Gün ərzində həddindən artıq çörək qəbulu, xüsusilə oturaq həyat tərzi keçirən və artıq çəkidən əziyyət çəkən şəxslərdə çəki artımına və metabolik problemlərə səbəb ola bilər.
Endokrinoloq vurğulayıb ki, səhər yeməyində az miqdarda tam taxıllı çörək qəbul etmək sağlam insanlar üçün normal hesab olunur. Lakin əsas prinsip balanslı qidalanma və düzgün porsiya nəzarətidir.
Günay Əliyeva sonda bildirib ki, “çörək zərərlidir” kimi ümumi yanaşma doğru deyil. Əsas olan düzgün seçim etmək, miqdarı nəzarətdə saxlamaq və fərdi sağlamlıq vəziyyətinə uyğun qidalanma rejimi formalaşdırmaqdır.
Nigar
21:45 / 11 Noyabr 2026
25
21:14 / 11 Noyabr 2026
168
21:08 / 11 Noyabr 2026
266
21:05 / 11 Noyabr 2026
95
20:58 / 11 Noyabr 2026
97
20:49 / 11 Noyabr 2026
497
20:47 / 11 Noyabr 2026
85
20:28 / 11 Noyabr 2026
93
20:22 / 11 Noyabr 2026
116
20:19 / 11 Noyabr 2026
95
20:08 / 11 Noyabr 2026
96
19:57 / 11 Noyabr 2026
504
19:49 / 11 Noyabr 2026
126
19:43 / 11 Noyabr 2026
111
19:33 / 11 Noyabr 2026
135
19:19 / 11 Noyabr 2026
181
19:07 / 11 Noyabr 2026
124
18:42 / 11 Noyabr 2026
505
18:39 / 11 Noyabr 2026
271
18:35 / 11 Noyabr 2026
196
18:30 / 11 Noyabr 2026
238
18:29 / 11 Noyabr 2026
270
18:23 / 11 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.