Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK MƏLUMAT YAYILDI! Rusiya hücum edib bəzi siyasətçiləri və fəalları öldürməyə hazırlaşır

ŞOK MƏLUMAT YAYILDI! Rusiya hücum edib bəzi siyasətçiləri və fəalları öldürməyə hazırlaşır

SON DƏQİQƏ

533

20.02.2022, 18:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Federasiyası Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə həbslər və sui-qəsd kampaniyası planlaşdırır. Kremlin hazırladığı siyahılara Ukraynanın tanınmış siyasətçiləri, fəalları, Ukraynaya səfər etmiş Rusiya və Belarus dissidentləri daxildir. Bu barədə məlumatlı mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb.

Oxu24.com xəbər verir ki, Materialda deyilir ki, işğaldan sonra Rusiya tərəfi hədə-qorxu və repressiyalara əl atmaq niyyətindədir. Moskva əvvəlki kampaniyalarında dəfələrlə bu cür üsullardan istifadə edib. Jurnalın mənbələri iddia edir ki, ABŞ hakimiyyət orqanları bu məlumatı məqsədyönlü şəkildə ukraynalı tərəfdaşlarla və bu vəziyyətə təsir edə biləcək şəxslərlə bölüşürlər.

ABŞ prezidentinin administrasiyasında Moskvanın tərtib etdiyi siyahıların nə dərəcədə formallaşdırıldığını görəndə heyrətə gəliblər. Bu siyahıda, çox güman ki, Rusiya rejimi üçün təhlükə yarada biləcək hər kəs var.

Siyahıların tərtib edilməsində Rusiya xüsusi xidmət orqanları iştirak edib. Məqalədə deyilir ki, Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın komandası bildirib ki, Ukraynada yaşayan Belarus vətəndaşlarını Rusiyanın hücumu zamanı necə hərəkət etmələri barədə məlumatlandırıb.

(virtualaz.org)