Sahil Babayev maaşlardan danışdı: “Gələn ildən etibarən...”
04 Noyabr 2026, 18:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
45
04.11.2026, 18:35
Şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması məsələsi müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, Gülzar Mustafayeva adlı sosial şəbəkə istifadəçisi bununla bağlı paylaşım edərək aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini istəyib.
O bildirib ki, uşaqların “mygov”da qeydiyyata alınmasının Elm və Təhsil Nazirliyinin göstərişi olduğu deyilir. Lakin valideyn bu tələbin hansı zərurətdən irəli gəldiyini anlamadığını qeyd edib.
G. Mustafayeva yetkinlik yaşına çatmamış uşaqların bu platformadan hansı məqsədlə istifadə edəcəyini sual edib: “Əgər söhbət onun hərbi komissarlıq məsələsindən gedirsə, o məlumat mənim “mygov”umda var, onun peyvəndlərinin məlumatı və s. olduğu kimi. Onsuz da o əsgərliyə 18 yaşdan sonra gedəcək, elə o vaxtda “mygov”dan qeydiyyatdan keçsin də, indidən nə vacibdir?
Bir aspekt də var, məktəb uşaqlarından tələb edirlər ki, onların smartfonları olmasın, bununla razıyam, oğlum məktəbə köhnə deyməli telefonla gedir. İndi sizin bu tələbinizə görə mən pul xərcləyib uşağa smartfon almalıyam ki, ona SİMA və dalınca da “mygov” tətbiqlərini yükləyim, yenə də – nə üçün?
Hər zaman deyilir ki, şəxsi məlumatları üçüncü şəxslərə ötürməyin, rəqəmsal məlumatlarınızı gizli saxlayın və s. Bəs uşaqlar buna necə riayət etsinlər, oyunlar oynayırlar, harasa girə bilərlər və özləri bilmədən də nəsə məlumat sızdıra bilərlər, bunun qabağı necə alınacaq?”
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğumuza cavab olaraq bildirilib ki, ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır: “Bu təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək.
Bu istiqamətdə valideynlərə mobil telefonlarına “mygov” tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir.
Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmaq mümkündür”.
Narazılıqlarla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən isə müraciətimizə cavab olaraq qeyd edilib ki, valideynlər ikinci hesab kimi öz “mygov” tətbiqlərindən övladlarına aid hesabı aktivləşdirə bilərlər: “Platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.
Qeyd edək ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir. Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür.
7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür.
Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin “mygov” hesabına daxil olmaq mümkündür.
Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə “mygov” mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur”.
Qafqazinfo
18:37 / 04 Noyabr 2026
9
18:35 / 04 Noyabr 2026
1923
18:27 / 04 Noyabr 2026
47
18:21 / 04 Noyabr 2026
24
18:15 / 04 Noyabr 2026
51
18:14 / 04 Noyabr 2026
60
17:40 / 04 Noyabr 2026
76
17:13 / 04 Noyabr 2026
517
17:12 / 04 Noyabr 2026
102
17:02 / 04 Noyabr 2026
210
16:58 / 04 Noyabr 2026
88
16:54 / 04 Noyabr 2026
163
16:49 / 04 Noyabr 2026
93
16:34 / 04 Noyabr 2026
454
16:32 / 04 Noyabr 2026
97
16:22 / 04 Noyabr 2026
186
16:21 / 04 Noyabr 2026
123
16:20 / 04 Noyabr 2026
106
16:19 / 04 Noyabr 2026
110
16:13 / 04 Noyabr 2026
117
16:12 / 04 Noyabr 2026
210
16:10 / 04 Noyabr 2026
146
16:04 / 04 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.