İcra olunmayan məhkəmə qərarları ilə bağlı VƏKİLDƏN AÇIQLAMA
04 Noyabr 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
112
04.11.2026, 20:08
Toy mərasimlərində və digər şənliklərdə atəşfəşanlıq təşkil etmək, fişəng və müxtəlif pirotexniki vasitələrdən istifadə etmək geniş yayılmış hallardandır. Xüsusilə şadlıq saraylarının qarşısında keçirilən belə nümayişlər bəzən ətrafdakı sakinlərin narahatlığına, səs-küyə və təhlükəsizlik risklərinə səbəb olur.
Bəs toy məclislərində atəşfəşanlıq təşkil etmək qanunla qadağandırmı? Şadlıq saraylarının qarşısında fişəng və digər pirotexniki vasitələrdən istifadə etmək üçün xüsusi icazə tələb olunurmu? Qaydaları pozan şəxsləri hansı cərimə və hüquqi məsuliyyət gözləyir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib pirotexniki vasitələrin, yəni fişəng və digər atəşfəşanlıq məhsullarının satışı qanunla məhdudlaşdırılır. Toyuqlu pizza
Onun sözlərinə görə, pirotexniki vasitələrin satışı yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən həyata keçirilə bilər:
"Toy mərasimlərində atəşfəşanlığı təşkil edən şəxslərin və şadlıq sarayı rəhbərliyinin bu vasitələrin haradan əldə edildiyini müəyyənləşdirməsi vacibdir. Eyni zamanda, pirotexniki vasitələrdən yalnız müvafiq lisenziyaya və bu sahədə xüsusi bilik və bacarıqlara malik şəxslər istifadə edə bilərlər.
Bundan başqa, toy mərasimlərində atəşfəşanlığın təşkili ilə bağlı digər məhdudiyyətlər də mövcuddur. Belə ki, gecə saat 23:00-dan sonra insanların istirahətinin və əmin-amanlığının təmin edilməsi məqsədilə səs-küy yaradılması qadağandır. Atəşfəşanlıq isə adətən gecə saatlarında keçirildiyindən yüksək səs-küyə səbəb olur və ətrafda yaşayan sakinlərin istirahət hüququnu poza bilər.
Pirotexniki vasitələrdən müvafiq icazə olmadan və təhlükəsizlik qaydalarına riayət edilmədən istifadə olunması şadlıq sarayının rəhbərliyinin, toy mərasimini təşkil edən və həmin vasitələri gətirən şəxslərin cərimələnməsi ilə nəticələnə bilər. Bundan əlavə, səs-küy normalarının pozulmasına görə də ayrıca məsuliyyət yarana bilər".
20:21 / 04 Noyabr 2026
7
20:13 / 04 Noyabr 2026
47
19:57 / 04 Noyabr 2026
83
19:55 / 04 Noyabr 2026
65
19:55 / 04 Noyabr 2026
142
19:25 / 04 Noyabr 2026
79
19:18 / 04 Noyabr 2026
2585
19:17 / 04 Noyabr 2026
61
19:00 / 04 Noyabr 2026
79
18:41 / 04 Noyabr 2026
1075
18:41 / 04 Noyabr 2026
111
18:37 / 04 Noyabr 2026
178
18:35 / 04 Noyabr 2026
150
18:35 / 04 Noyabr 2026
3220
18:27 / 04 Noyabr 2026
102
18:21 / 04 Noyabr 2026
132
18:15 / 04 Noyabr 2026
88
18:14 / 04 Noyabr 2026
107
17:40 / 04 Noyabr 2026
112
17:13 / 04 Noyabr 2026
1061
17:12 / 04 Noyabr 2026
143
17:02 / 04 Noyabr 2026
289
16:58 / 04 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.