Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
04 Noyabr 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
54
04.11.2026, 18:37
“Xüsusilə nəzərə almaq lazımdır ki, gələn ildən etibarən həm məqsədli büdcə fondları ilə bağlı, həm büdcədənkənar gəlirlərlə bağlı yeni siyasət təşəbbüsü irəli sürülüb. Məqsədli büdcə fondları ümumiyyətlə ləğv edilir. Həmin rəqəmlər artıq büdcənin daxilində bölüşdürülüb, müvafiq iqtisadi, funksional və inzibati təsnifat olaraq müxtəlif bölüşdürülmüş istiqamətlərə daxil edilir”.
Oxu24.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, büdcədənkənar xərclərin də böyük bir qismi ilə bağlı müvafiq addım atılır:
“Ona görə də düşünürük ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən və xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı olan hissədə bölüşdürülməyən vəsait artıq 2028-ci il büdcəsində demək olar ki, tam aradan qalxacaq. Çünki cənab Prezidentin bununla bağlı imzaladığı yeni fərman var. Əksər qurumların artıq maddi-texniki təchizatı büdcə daxilinə keçirilib, büdcədənkənar vəsaitlərdən çıxarılıb və büdcədənkənar vəsaitlərdə bu gün üç qurumumuz istisna olmaqla, bütün digər qurumların yalnız əməkhaqqı xərcləri qalıb. Növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində artıq o üç qurumun da əlavə xərclərinin ayrıca büdcədənkənar vəsaitlərdə qalmasına ehtiyac olmayacaq və büdcədənkənar vəsaitlər məhz ilkin təyinatı olan əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək. Bu artıq bizə bölüşdürmə imkanı da tam verəcəkdir və bu məsələ də öz həllini tapacaqdır”.
18:35 / 04 Noyabr 2026
14
18:35 / 04 Noyabr 2026
1923
18:27 / 04 Noyabr 2026
47
18:21 / 04 Noyabr 2026
24
18:15 / 04 Noyabr 2026
51
18:14 / 04 Noyabr 2026
60
17:40 / 04 Noyabr 2026
76
17:13 / 04 Noyabr 2026
517
17:12 / 04 Noyabr 2026
102
17:02 / 04 Noyabr 2026
210
16:58 / 04 Noyabr 2026
88
16:54 / 04 Noyabr 2026
163
16:49 / 04 Noyabr 2026
93
16:34 / 04 Noyabr 2026
454
16:32 / 04 Noyabr 2026
97
16:22 / 04 Noyabr 2026
186
16:21 / 04 Noyabr 2026
123
16:20 / 04 Noyabr 2026
106
16:19 / 04 Noyabr 2026
110
16:13 / 04 Noyabr 2026
117
16:12 / 04 Noyabr 2026
210
16:10 / 04 Noyabr 2026
146
16:04 / 04 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.