Qaynar xətt:

(+99450) 247 90 86

"Bank of Baku" ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

\"Bank of Baku\" ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

CƏMİYYƏT

52

04.11.2026, 18:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan "Bank of Baku" ekoloji layihələrdə fəal iştirakını davam etdirir.

Belə ki, "Bank of Baku" Zəfər Günü ərəfəsində 4 noyabr tarixində Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan növbəti ağacəkmə aksiyasında iştirak edib.

Aksiyada "Bank of Baku"nun rəhbər şəxsləri və əməkdaşları tərəfindən müvafiq ərazinin torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, bu ağacəkmə aksiyası "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutub.

Sözügedən memorandumun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzindən 1 milyon ağacın əkilməsinə nail olmaqdır. Memorandum Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanıb.

Onu da bildirək ki, "Bank of Baku" ötən ay da ağacəkmə aksiyası təşkil edərək Müşfiqabad ərazisində 100 ağacın əkilməsini həyata keçirib.