Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlik artımlarla bağlı AÇIQLAMA YAYDI

Nazirlik artımlarla bağlı AÇIQLAMA YAYDI

CƏMİYYƏT

201

04.11.2026, 16:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni islahat paketi çərçivəsində artım istiqamətlərinin müəyyən edilməsi, həmçinin sosial ödənişlərin artırılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq proqnozlar və təkliflər hazırlanır.

Bu barədə Oxu24.com-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

"Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, gələn il növbəti, sayca 6-cı sosial islahat paketinin icrası planlaşdırılır. Hazırda bununla bağlı hazırlıq işləri görülür. Bu gün bəzi media resurslarında və sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər də yekun xarakter daşımır".

Nazirlikdən bildiriblər ki, sosial ödənişlərdə artımların hansı istiqamətləri əhatə edəcəyi və dəqiq artım məbləğləri imzalanacaq müvafiq qanunvericilik aktları ilə müəyyən ediləcək.