Qaynar xətt:

(+99450) 247 90 86

Seyran Səxavətdən Murad Dadaşova SƏRT SÖZLƏR

Seyran Səxavətdən Murad Dadaşova SƏRT SÖZLƏR

CƏMİYYƏT

42

04.11.2026, 18:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq yazıçısı Seyran Səxavət Xəzər Televiziyasının rəhbəri Murad Dadaşova müraciət edərək kanalın efirində səsləndirdiyi fikirlərin və rəsmi statistikanın redaktə olunaraq kəsilməsinə kəskin etirazını bildirib.

Oxu24.com  xəbər verir ki, tanınmış qələm sahibi "İncə səhər" verilişində qonaq olarkən dilə gətirdiyi fikirlərin senzuralanmasından narazı qaldığını açıq şəkildə ifadə edib.

"Hörmətli Murad Dadaşov, Xəzər Televiziyasının direktoru. Ayın 3-də sizin televiziyanın səhər saat 10-da başlayan "İncə səhər" verilişində qonaq kimi çıxış etdim. Başdan deyim ki, hətta oradakı texniki personal da mənim dediklərimi alqışlayırdı. Söhbət məndən getmir, mən çoxdan tanınan adamam. İncikliyimi bildirirəm, Murad. Aramızda səmimi salam-sağolumuz da var. Amma dövlət rəsmi statistikasının verdiyi məlumatı orada deyirəm, onu kəsirlər. Niyə kəsirlər? Başa düşmədim. Mən sənin də, o Xəzərdə işləyənlərin də hamısının xətrini çox istəyirəm. Amma həqiqətin xətrini sizin hamınızdan çox istəyirəm. Ona görə də sənə, öz gözəl qardaşıma, narazılığımı bildirirəm. İndi nə cür tədbir görərsən, özün bilərsən. Məni tanıyan və sevən yüz minlərlə oxucumu Xəzər Televiziyasının "İncə səhər" verilişini baykot etməyə çağırıram. Heç kəs baxmasın ona. Çünki mənim 81 yaşım var. Mənim redaktə olunan vaxtım deyil. Mən bu saat cəmiyyəti redaktə edirəm. Mən bu saat dünyanı redaktə edirəm. Xəzər TV-nin redaktoru məni redaktə edir. Mən dünyanı redaktə edirəm, Azərbaycanı redaktə edirəm lazım olanda, öz əhatəmi redaktə edirəm. Bunlar isə məni redaktə edirlər. Xahiş edirəm, araşdır, mənə rəsmi cavab ver. Gözləyirəm. Hörmətlə, Seyran Səxavət".NOCOMMENT.az