Qaynar xətt:

(+99450) 247 90 86

Maşın “Ucar rayonu” yazılmış lövhəyə çırpıldı - Xəsarət alan var

Maşın “Ucar rayonu” yazılmış lövhəyə çırpıldı - Xəsarət alan var

CƏMİYYƏT

50

04.11.2026, 19:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü Təbriz Muradlının idarə etdiyi “Toyoto Corolla” markalı avtomobil idarəetmədən çıxaraq rayonun giriş hissəsində, yol kənarında “Ucar rayonu” yazılmış lövhəyə çırpılıb.

Nəticədə xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.“Qafqazinfo”