Qızıl bahalaşdı
04 Noyabr 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
48
04.11.2026, 16:49
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb.
Bu barədə Oxu24.com-a bankdan məlumat verilib.
Yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır. Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər.
Açılış mərasimində çıxış edən Bir ekosisteminin rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk filialın Gəncədə fəaliyyət göstərməsinin təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan olsun.
Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss etsinlər”.
Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.
Yeni konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, Kapital Bank 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır.
17:02 / 04 Noyabr 2026
19
16:58 / 04 Noyabr 2026
28
16:54 / 04 Noyabr 2026
66
16:34 / 04 Noyabr 2026
243
16:32 / 04 Noyabr 2026
54
16:22 / 04 Noyabr 2026
104
16:21 / 04 Noyabr 2026
92
16:20 / 04 Noyabr 2026
80
16:19 / 04 Noyabr 2026
87
16:13 / 04 Noyabr 2026
79
16:12 / 04 Noyabr 2026
146
16:10 / 04 Noyabr 2026
105
16:04 / 04 Noyabr 2026
142
16:03 / 04 Noyabr 2026
82
15:43 / 04 Noyabr 2026
104
15:33 / 04 Noyabr 2026
1473
15:00 / 04 Noyabr 2026
133
14:58 / 04 Noyabr 2026
866
14:57 / 04 Noyabr 2026
99
14:48 / 04 Noyabr 2026
334
14:40 / 04 Noyabr 2026
245
14:34 / 04 Noyabr 2026
112
14:20 / 04 Noyabr 2026
332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.