Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
04 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
71
04.11.2026, 16:22
Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib.
Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İcra haqqında” qanuna əlavə edilən yeni – 46.1-ci maddədə əksini tapıb.
Qanuna əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək. İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək. Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdıracaq. Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulacaq. Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil ediləcək.
Eyni zamanda "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər edilib.
16:49 / 04 Noyabr 2026
1
16:34 / 04 Noyabr 2026
140
16:32 / 04 Noyabr 2026
37
16:21 / 04 Noyabr 2026
79
16:20 / 04 Noyabr 2026
69
16:19 / 04 Noyabr 2026
75
16:13 / 04 Noyabr 2026
70
16:12 / 04 Noyabr 2026
114
16:10 / 04 Noyabr 2026
96
16:04 / 04 Noyabr 2026
138
16:03 / 04 Noyabr 2026
77
15:43 / 04 Noyabr 2026
99
15:33 / 04 Noyabr 2026
1312
15:00 / 04 Noyabr 2026
129
14:58 / 04 Noyabr 2026
794
14:57 / 04 Noyabr 2026
96
14:48 / 04 Noyabr 2026
316
14:40 / 04 Noyabr 2026
230
14:34 / 04 Noyabr 2026
105
14:20 / 04 Noyabr 2026
307
14:15 / 04 Noyabr 2026
278
14:07 / 04 Noyabr 2026
186
14:00 / 04 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.