Qaynar xətt:

(+99450) 247 90 86

Bölgədən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

Bölgədən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var

SON DƏQİQƏ

1415

02.08.2021, 09:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük avtomobili qarşıda gedən "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

"KamAZ" sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Man" markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə "KamAZ"da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.