3,8% artıb - YENİ RƏQƏMLƏR
11 Noyabr 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
37
11.11.2026, 11:06
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakının əsas giriş istiqamətlərindən biri olan 20 Yanvar ərazisində nəqliyyat sıxlığının azaldılmasına imkan verəcək Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu24.com-a verilən məlumata görə, AAYDA tərəfindən həyata keçirilən layihə Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına çıxışını təmin edəcək.
Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.
Ümumi uzunluğu təxminən 29 kilometr olan yeni avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub.
AAYDA-nın məlumatına əsasən, hazırda yolun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb.
Layihə çərçivəsində körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpülərdə işlər yekunlaşma mərhələsinə çatıb, digər qurğularda isə tikinti işləri aparılır.
Yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasındakı yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının yaradılmasına xidmət edəcək.
11:16 / 11 Noyabr 2026
3
11:13 / 11 Noyabr 2026
21
11:11 / 11 Noyabr 2026
27
10:56 / 11 Noyabr 2026
143
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
66
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
133
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
827
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
08:53 / 11 Noyabr 2026
548
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.