Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib

SON DƏQİQƏ! Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib

SON DƏQİQƏ

2420

31.07.2021, 13:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə meşə yanğınlarının baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edilib.

Oxu24.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər rayonları, Mersinin Aydıncık və Silifke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan olunub.

“Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”, - R.T.Ərdoğan vurğulayıb.