Qaynar xətt:

(+99450) 247 90 86

Vasif Talıbov toylarda yeməyi qadağan edib? - RƏSMİ AÇIQLAMA

Vasif Talıbov toylarda yeməyi qadağan edib? - RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ

665

28.06.2021, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddialara münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, daimi nümayəndəlikdən "Report"a bu informasiyaların əsassız olduğu qeyd edilib.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.