Qaynar xətt:

(+99450) 247 90 86

Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi? 

Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi? 

SİYASƏT

77

31.08.2026, 15:39

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Oxu24.com xəbər verir ki, Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub.

Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.