Oğul atasının qanını tökdü
31 Avqust 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
61
31.08.2026, 16:59
Müasir dünyada iri şəhərlərin sürətlə böyüməsi və təsərrüfat ritminin artması sosial həyatın strukturunu kökündən dəyişdirir. Hər gün milyonlarla insanın axışdığı küçələrdə, tıxaclarda və sıx iş qrafikində hər kəs nəyəsə tələsir, lakin günün sonunda bir çoxları dərin bir boşa çıxma və tənhalıq hiss edir. Böyük şəhər mühitindəki informasiya yükü, səs kirliliyi və daimi gərginlik fərdlərin psixoloji müdafiə mexanizmlərini işə salaraq onları özünə qapanmağa məcbur edir. Bu vəziyyət insanlararası səmimi münasibətləri aşındırır, canlı ünsiyyəti ötəri və səthi əlaqələrlə əvəzləyir. Tənhalıq və özgələşmə artıq meqapolis həyatının ayrılmaz parçasına, hətta qanunauyğunluğuna çevrilib. Nəticədə, kütlə içində yaşayan fərd emosional baxımdan təcrid olunur və sosial mühitdən uzaqlaşır. Bəs böyük şəhər ritmi insan duyğularını necə soyudur və bu tənhalıqdan çıxış yolu nədir? Oxu24.com-un bu suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb.
Sosioloq bildirib ki, şəhər həyat tərzi və mədəniyyəti kökündən kənd və əyalət mühitindən fərqlənir:
"Kənd icmasının özünəməxsus sosial xarakteri olduğu kimi, şəhərin də öz sosial xarakteri var. Şəhər həyat tərzi ilə bağlı müxtəlif zamanlarda fərqli tədqiqatlar aparılıb. Avropa ölkələrində Maks Veberin 'Şəhər' əsəri, Parkın, Bercesin oxşar araşdırmaları, Georq Zimmelin 'Meqapolislər və mental həyat' kimi tədqiqatları mövcuddur. Bu tədqiqatlardan da göründüyü kimi, şəhəri kənddən və əyalətlərdən fərqləndirən bir çox cəhətlər var. Bu cəhətlər arasında insanların tənha, kəndə nisbətən daha asosial, təcrid olunmuş və qapalı olması xüsusilə vurğulanır”.
Ü.Şəfiyevin sözlərinə görə, bu təcridolunma təsadüfi deyil və müəyyən səbəblərə dayanır:
"Şəhərdə informasiya kirliliyi, səs kirliliyi və sensor informasiyanın çoxluğu, yüklənməsi insanları sanki özünə qapanmağa və təcridə məcbur edir. İnsanlar özlərini müdafiə etmək üçün şəhər həyatında qapanırlar. Bu da şübhəsiz ki, bölgələrdə və kənd icmalarında olan canlı, sosial və ünsiyyətli mühitdən fərqli bir mənzərə yaradır. Özgələşmə və yadlaşma şəhər həyatı üçün xarakterik olan bir məsələdir və qanunauyğunluqla izah olunur”.
Ekspert vurğulayıb ki, şəhər mühitində iqtisadi amillər insan psixologiyasına ciddi təsir edir:
"Şəhər həyatında daha çox pul təsərrüfatı və mübadilə üstünlük təşkil etdiyinə görə insanlar hər daim çalışırlar. Ekzistensialist fəlsəfənin də dediyi kimi, insanlar sanki öz həyatlarını unudur və işləyən alətə çevrilirlər. Çünki burada var olmaq, mövcud olmaq və rifahlı yaşamaq üçün hər daim çalışmağa məcbursan. Ona görə də insanlar bəzən özlərinə vaxt ayıra bilmirlər. Ünsiyyətə kənd icmalarına nisbətən daha az vaxt ayırırlar. Şəhərdə hər kəsi tələsən, hərəkətli görə bilərsiniz; günün nə vaxt başlayıb bitdiyi sanki bir anın içində baş verir”.
Sosioloq bildirib ki, böyük şəhərlərin bu xüsusiyyətləri böyüdükcə daha da kəskinləşir və buna qarşı addımlar atılmalıdır:
"Bu, böyük və mərkəzi şəhərlərin sosial-ekoloji mühitinin özəlliyidir və belə də olmalıdır. Şəhərlər böyüdükcə, meqapolislərə çevrildikcə bu daha kəskin xarakter alır. Ona görə də maksimum şəhərsalma prosesində çalışılır ki, şəhərlər daha çox inklüziv, əlçatan və qonaqpərvər olsun. Universal dizayn tətbiq edilsin ki, sağlamlıq imkanları məhdud insanlardan tutmuş orta statistik insana, bütün təbəqələrə və yaş kateqoriyalarına qədər hər kəs üçün əlçatan mühit yaransın”.
Ü.Şəfiyev həmçinin beynəlxalq və yerli miqyasda görülən işlərə toxunub:
"Azərbaycanda da şəhərsalma və memarlıq çərçivəsində məhz bu istiqamətdə işlər aparılır. BMT-nin də bu istiqamətdəki baş şüarı 'Hər kəsi mənzillə təmin edək, təhlükəsiz şəhərlər və icmalar' şüarıdır. Azərbaycanda təkcə paytaxtda və mərkəzi şəhərlərdə deyil, region şəhərlərində də bu addımlar atılır. Maksimum çalışmaq lazımdır ki, şəhər həyatına bir canlılıq qatılsın, inklüzivlik və qonaqpərvərlik olsun, heç kəs kənarda qalmasın”.
Müsahibimiz son olaraq fərdlərə psixoloji və emosional tövsiyələrini verib:
"Yadlaşma, özgələşmə və tənhalaşmanın olduğu bir mühitdə insanlar özləri haqqında da düşünməli, özlərinə vaxt ayırmalıdırlar. Əks təqdirdə asosiallıq onlarda həyat eşqini azalda bilər, onları pessimizmə, melanxoliyaya yuvarlada və kütləvi əhval-ruhiyyəni aşağı sala bilər. Bu olmasın deyə, insanlar təkcə işləyən alət kimi yox, öz emosional, psixoloji vəziyyətləri və sosial əlaqələri haqqında da düşünməlidirlər”.
Çimnaz Telmanqızı
17:52 / 31 Avqust 2026
1
17:45 / 31 Avqust 2026
21
17:41 / 31 Avqust 2026
28
17:37 / 31 Avqust 2026
77
17:36 / 31 Avqust 2026
30
17:31 / 31 Avqust 2026
41
17:30 / 31 Avqust 2026
48
17:25 / 31 Avqust 2026
81
17:22 / 31 Avqust 2026
48
17:18 / 31 Avqust 2026
55
17:16 / 31 Avqust 2026
47
17:12 / 31 Avqust 2026
66
17:05 / 31 Avqust 2026
488
16:52 / 31 Avqust 2026
69
16:45 / 31 Avqust 2026
57
16:41 / 31 Avqust 2026
143
16:38 / 31 Avqust 2026
61
16:30 / 31 Avqust 2026
58
16:26 / 31 Avqust 2026
466
16:17 / 31 Avqust 2026
119
16:08 / 31 Avqust 2026
78
15:58 / 31 Avqust 2026
71
15:55 / 31 Avqust 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.