Noyabrın 1-nə olan HAVA AÇIQLANDI
31 Oktyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
31.08.2026, 16:41
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Zaqatala, Qax, Balakən və Şəkinin bəzi kəndlərində Amerika ağ kəpənəyi yayıldığını müəyyənləşdirib.
Bu barədə Oxu24.com-a AQTA-dan məlumat verilib.
Belə ki, AQTA Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.
Zaqatala rayonunun Muğanlı, Danaçı, Maqov və Mosul, Balakən rayonunun Püştətala, İtitala, Çorçorbinə, Beretbinə, Talalar, Katex və Kortala kəndlərində, Qax rayonunun bir sıra ərazilərində, həmçinin Şəki rayonunun Köndələn kənd yolu, Babaratma və Qudula ərazilərində Amerika ağ kəpənəyinin yayıldığı müəyyən edilib.
Bildirilib ki, aşkar edilmiş ilkin ocaqlarda zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə dərhal müvafiq mübarizə tədbirlərinə başlanılıb.
Məlumata görə, sakinlərə Amerika ağ kəpənəyinin xarici görünüşü, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı və meşə bitkilərinə vura biləcəyi zərər, eləcə də mübarizə tədbirləri barədə məlumat verilib. Həmçinin zərərvericinin mexaniki üsulla toplanaraq məhv edilməsi və yaşayış sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib.
Zərərvericiyə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Kimyəvi mübarizə tədbirləri zamanı pestisidlərin düzgün seçilməsi və tətbiq qaydalarına əməl olunması tövsiyə olunub.
13:00 / 31 Oktyabr 2026
1
12:52 / 31 Oktyabr 2026
58
12:42 / 31 Oktyabr 2026
153
12:28 / 31 Oktyabr 2026
57
12:23 / 31 Oktyabr 2026
431
12:10 / 31 Oktyabr 2026
60
11:42 / 31 Oktyabr 2026
78
11:40 / 31 Oktyabr 2026
144
11:36 / 31 Oktyabr 2026
298
11:34 / 31 Oktyabr 2026
71
11:15 / 31 Oktyabr 2026
1009
11:12 / 31 Oktyabr 2026
78
11:10 / 31 Oktyabr 2026
164
10:25 / 31 Oktyabr 2026
92
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
380
00:59 / 31 Oktyabr 2026
145
00:50 / 31 Oktyabr 2026
670
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
317
00:07 / 31 Oktyabr 2026
152
00:03 / 31 Oktyabr 2026
915
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.