Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
725
19.05.2026, 12:13
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Azərbaycanın qədim şəhərlərinin və tarixi memarlıq abidələrinin ölkənin mədəni irsinin mühüm hissəsi olduğunu bildirib.
Oxu24.com-un məlumatına görə, dövlət başçısı qeyd edib ki, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri də öz zəngin memarlıq ənənələri ilə seçilir. Prezident çıxışında müxtəlif dövrlərə aid tarixi abidələri nümunə göstərərək onların qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
İlham Əliyev vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı şəhərində yerləşən və 743-cü ildə tikilmiş qədim məscidi dünyanın ən qədim məscidlərindən biri kimi qeyd edib.
Prezident həmçinin XII əsrin görkəmli memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsi haqqında danışaraq bu abidənin Azərbaycan memarlıq məktəbinin mühüm nümunələrindən biri olduğunu bildirib.
Çıxış zamanı Gəncə şəhərinin həm qədim tarixini, həm də müasir inkişafını qoruduğu vurğulanıb. Dövlət başçısı qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni olan şəhər tarixi simasını saxlayaraq inkişaf edir.
Prezident Qəbələ və Şəki şəhərlərində yerləşən qədim abidələrdən, eləcə də Şəki yaxınlığındakı Kiş kilsəsi haqqında danışıb. Bildirib ki, bu kilsə dünyanın ən qədim kilsələrindən biri hesab oluna bilər.
İlham Əliyev qədim mühəndislik nümunəsi kimi Lahıc kəndini də xüsusi qeyd edib:
“Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər”.
Dövlət başçısı işğaldan azad olunmuş Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərinə də toxunaraq Şuşa qalasının artıq bərpa edildiyini diqqətə çatdırıb.
Prezident çıxışında vurğulayıb ki, Azərbaycanın tarixi-mədəni irsi təkcə musiqidə və ədəbiyyatda deyil, həm də memarlıq nümunələrində öz əksini tapır və bu irsin qorunması gələcək nəsillər qarşısında mühüm vəzifədir:
“Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb”.
17:42 / 11 Noyabr 2026
1
17:35 / 11 Noyabr 2026
36
17:16 / 11 Noyabr 2026
62
17:13 / 11 Noyabr 2026
107
17:12 / 11 Noyabr 2026
56
16:35 / 11 Noyabr 2026
92
16:07 / 11 Noyabr 2026
105
16:04 / 11 Noyabr 2026
240
16:01 / 11 Noyabr 2026
113
16:00 / 11 Noyabr 2026
90
15:50 / 11 Noyabr 2026
103
15:50 / 11 Noyabr 2026
109
15:40 / 11 Noyabr 2026
99
15:31 / 11 Noyabr 2026
685
15:27 / 11 Noyabr 2026
778
15:13 / 11 Noyabr 2026
118
15:07 / 11 Noyabr 2026
186
14:51 / 11 Noyabr 2026
133
14:43 / 11 Noyabr 2026
212
14:39 / 11 Noyabr 2026
374
14:36 / 11 Noyabr 2026
134
14:26 / 11 Noyabr 2026
5814
14:13 / 11 Noyabr 2026
966
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.