Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1097
15.07.2021, 15:19
Abşeron, Səbail və Binəqədi rayonlarında polis əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.
Onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi ümumi çəkisi 2 kiloqram 260 qram olan 19 ədəd çətənə kolu aşkar edilib.
Səbail rayonunda da narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Vurğun küçəsində Nəriman Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 1 kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Azər Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2 kiloqram 300 qram heroin götürülüb.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əməliyyat zamanı "patı" adlanan psixotrop maddə olan metamfetamin satmaqda şübhəli bilinən Ramin Rəcəbov, Pünhan Bayramlı və Kənan Yarıyev saxlanılıblar. Bu şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri külli miqdarda metamfetamin aşkar edilib.
Qeyd edilən hər 3 faktla bağlı Abşeron, Səbail və Binəqədi Rayon Polis İdarələrində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.

18:01 / 11 Noyabr 2026
18
17:42 / 11 Noyabr 2026
124
17:40 / 11 Noyabr 2026
78
17:35 / 11 Noyabr 2026
140
17:16 / 11 Noyabr 2026
83
17:13 / 11 Noyabr 2026
142
17:12 / 11 Noyabr 2026
84
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
116
16:04 / 11 Noyabr 2026
274
16:01 / 11 Noyabr 2026
118
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
112
15:50 / 11 Noyabr 2026
119
15:40 / 11 Noyabr 2026
103
15:31 / 11 Noyabr 2026
891
15:27 / 11 Noyabr 2026
854
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
204
14:51 / 11 Noyabr 2026
141
14:43 / 11 Noyabr 2026
283
14:39 / 11 Noyabr 2026
452
14:36 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.