Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1580
15.07.2021, 13:35
Göygöldə baş verən iyrənc hadisənin üstü Bakıda açılıb. Azyaşlı qız həm qardaşı, həm də atası tərəfindən mütəmadi olaraq zorlanıb...
Bu iyrənc hadisə Göygöl rayonunda baş verib. 13 yaşlı qız anası vəfat etdikdən sonra atası Ceyhun Cümşüdov tərəfindən zorlanıb. C.Cümşüdov doğma qızına qarşı bu iyrənc hərəkətlərini dəfələrlə təkrar edib.
Azyaşlı qız ifadəsində deyib ki, anası vəfat etdikdən sonra atası onu tək yatmağa qoymayıb: "Birinci dəfə mənə dedi ki, tək yatsan qorxarsan. Onunla birlikdə yatmağımı istədi. Daha sonra da bunlar baş verdi".
Həmin ərəfədə qızın qardaşı Yasim Cümşüdov da bacısına qarşı eyni hərəkətləri etməyə başlayıb. Amma ata və oğul bu iyrənc hərəkətləri bir-birindən xəbərsiz edirmişlər.
Bu şok hadisənin üstü isə Binəqədidə açılıb. Cümşüdovlar rayondan Binəqədiyə köçən zaman azyaşlı qız məktəbə gedib. Məktəbdə bu hadisəni rəfiqələrindən birinə danışıb. Zorakılığa məruz qalan qızın rəfiqəsi isə bu barədə öz anasına məlumat verib. Bundan sonra hadisə barədə polisə xəbər verilib.
Ata və oğul barəsində həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.
Hər ikisinin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Məhkəmənin hökmü ilə Ceyhun Cümşüdov 17 il, oğlu Yasim isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
///Musavat.com
18:01 / 11 Noyabr 2026
18
17:42 / 11 Noyabr 2026
124
17:40 / 11 Noyabr 2026
78
17:35 / 11 Noyabr 2026
140
17:16 / 11 Noyabr 2026
83
17:13 / 11 Noyabr 2026
142
17:12 / 11 Noyabr 2026
84
16:35 / 11 Noyabr 2026
101
16:07 / 11 Noyabr 2026
116
16:04 / 11 Noyabr 2026
274
16:01 / 11 Noyabr 2026
118
16:00 / 11 Noyabr 2026
96
15:50 / 11 Noyabr 2026
112
15:50 / 11 Noyabr 2026
119
15:40 / 11 Noyabr 2026
103
15:31 / 11 Noyabr 2026
891
15:27 / 11 Noyabr 2026
854
15:13 / 11 Noyabr 2026
121
15:07 / 11 Noyabr 2026
204
14:51 / 11 Noyabr 2026
141
14:43 / 11 Noyabr 2026
283
14:39 / 11 Noyabr 2026
452
14:36 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.