Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1035
05.06.2024, 19:15
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl FETÖ terror təşkilatının 83 yaşlı lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında yaşadığı malikanədən qaçırıldığı barədə məlumatlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, FETÖ-nün taleyi naməlum qalarkən, keçmiş Oda TV yazarı Müyesser Yıldız Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib.
“Pensilvaniyadakı malikanəsi boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq vəziyyəti günlərdir müzakirə olunur. “Ölür, ölür”, - deyilir. Gündəmə gələn son iddia isə ABŞ-nin Güləni Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) təhvil verdiyi, təyyarəsinin Türkiyəyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır”, - Yıldız öz yazısında qeyd edib.
Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı iddialar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də gündəmə gətirilib.
Komitə sədri Fuat Oktay bu barədə heç bir məlumatının olmadığını bildirib.
Türkiyə Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay da bu barədə məlumatsız olduqlarını qeyd edib.
Bütün bu kimi müzakirələr fonunda ötən gün FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” sosial media hesabında Fətullah Gülənin yeni fotosu paylaşılıb.
Fətullah Gülənin hazırda harada olması ilə bağlı müzakirələr davam edərkən sözügedən fotonun paylaşılması yenidən müzakirələrə səbəb olub.

11:00 / 11 Sentyabr 2026
26
10:52 / 11 Sentyabr 2026
209
10:48 / 11 Sentyabr 2026
48
10:44 / 11 Sentyabr 2026
49
10:38 / 11 Sentyabr 2026
44
10:34 / 11 Sentyabr 2026
43
10:33 / 11 Sentyabr 2026
40
10:30 / 11 Sentyabr 2026
45
10:24 / 11 Sentyabr 2026
52
10:02 / 11 Sentyabr 2026
49
09:57 / 11 Sentyabr 2026
485
09:52 / 11 Sentyabr 2026
115
09:29 / 11 Sentyabr 2026
52
09:26 / 11 Sentyabr 2026
98
09:24 / 11 Sentyabr 2026
58
09:22 / 11 Sentyabr 2026
78
23:14 / 10 Sentyabr 2026
949
23:08 / 10 Sentyabr 2026
128
23:03 / 10 Sentyabr 2026
148
23:00 / 10 Sentyabr 2026
79
22:53 / 10 Sentyabr 2026
75
22:44 / 10 Sentyabr 2026
104
22:40 / 10 Sentyabr 2026
4018
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.