Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70593
az

Rusiya hərbçiləri Laçına qayıdan azərbaycanlılara problem YARADIR

21:1508 İyun, 2022
257
ÖZƏL BÖLÜM
  • A

“Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur”.

Modern.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə tanınmış ekspert, əslən Laçından olan hüquqşünas Ərşad Hüseynov bildirib.

“İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər, uzaq başı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yoxdu.


Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s.”, - Ə.Hüseynov deyib.
 

Hüquqşünasın sözlərinə görə, yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib.

“Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyir. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var.

Düşünürəm ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır. Ona görə də təcili olaraq dövlət qurumlarımız bunun qarşısını almalıdırlar.

Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçirlər.

Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar”.

 

Ə.Hüseynov bildirib ki, Laçına və Kəlbəcərə qayıdan təsərrüfat adamlarının üzləşdiyi başqa bir problem də var:

“Artıq həmin rayonlara yüzlərələ təsərrüfat adamı qayıdıb və bu proses davam etməkdədir. Sözsüz ki, onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz.

Ona görə də təcili şəkildə bu problem də həll edilməlidir. Hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil göndərmək və dədə-baba qaydasında (hətta lazım gəlsə vedrələrlə) ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır.

Bunu YDM şəbəkəsi olan istənilən şirkət bircə gündə təşkil edə bilər. Yetər ki, səlahiyyətli şəxslər belə təşəbbüsü onlara çatdırsınlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil