Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
BÜTÜN XƏBƏRLƏR
70336
az

Rasim Balayev ona satqın dedi, çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, oğlunu şərlədilər

00:0903 İyun, 2022
497
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan kinosu deyiləndə ilk ağıla gələn aktrisalardan birindən danışırıq... Təkcə “Cəbiş müəllimin” arvadı rolu yəqin ki, kino tarixinin əbədi möhürlərindən biri kimi qalacaq... İkinizi də Allah öldürsün, səni də, Hitleri də”... Bir var, Şəfiqə Məmmədova...

Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dərbənddə doğulub, orada böyüyüb. Dərbənddən Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub.
Tələbə yoldaşlarının sözlərinə görə Şəfiqə xanımın çox gözəl səsi varmış. O, emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında "dəli-dolu" bir xanım olub. İnstitut illərində də həmişə göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri olmağı bacarıb.
O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara – hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir.
1968-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, 1981-ci ildə Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.


Aktrisa iki dəfə ailə qurub. O, teatra gələndən bir müddət sonra rejissor Mehdi Məmmədovla tamaşalarda tərəf müqabili olur. Qarşılıqlı tandem, lirik qəhrəmanları oynamaqları onların arasında sevgi münasibətinin təməlini qoyur Bir müddət sonra isə Şəfiqə Məmmədova aktrisa Barat Şəkinskayadan yeni ayrılmış Mehdi Məmmədovla ailə qurur. 1973-cü ildə onların Ülvi adlı bir oğlu dünyaya gəlir.
Ülvi Mehdi 1996-ci ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.


Şəfiqə Məmmədovanın ikinci evliliyi – hazırkı həyat yoldaşı Rafiq Behbudov olub. Bu evlilikdən də aktrisanın Teymur adlı bir oğlu var.
Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan küsüb gedir. 
Aktrisa kino yaradıcılığı dövründə "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" filmlərinə çəkilib.

Şəfiqə Məmmədova müsahibələrinin birində rolları haqqında deyir:
“Öz filmlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim”.
Aktrisa bir müddət Akademik Milli Dram teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa, sonradan istefa verir.
Bir neçə il əvvəl aktrisa ilə həmkarı Rasim Balayev arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.
Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.
Aktrisaya kino sahəsində ən böyük məşhurluğu "Bizim Cəbiş müəllim" filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, "Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Bu haqda aktrisa fikirlərini belə ifadə edib:

 

Bu yaxınlarda Teatr Xadimləri İttifaqında Milli Teatr Günü ilə bağlı təşkil olunan tədbirə qatılan Şəfiqə xanım səhnəyə çıxaraq bu fikirləri səsləndirib:
“Kövrəldim... Xoşbəxtəm ki, mənim həyatımda səhnə, teatr olub. Mən Teatr Xadimləri İttifaqına, Azərpaşa müəllim sizə təşəkkürümü bildirirəm ki, yenə bu gün məni səhnəyə çıxartmısınız. Mən bu gün səhnədə olmasam da sənətə davam edirəm, teatr sənəti ilə məşğulam, saysız-hesabsız tələbələrim var. Bu gün Milli Teatr Günündə sizə bir etiraf etmək istəyirəm, bu çox ciddi bir etirafdır. Bu yolu keçmişəm, amma inanın ancaq səhnədə mən xoşbəxt və azad idim” deyə aktrisa bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil