Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanlı qadın mühüm posta təyin edildi - DOSYE

SON DƏQİQƏ! Azərbaycanlı qadın mühüm posta təyin edildi - DOSYE

ÖZƏL BÖLÜM

1705

28.06.2021, 19:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib.

Oxu24.com-un məlumatına görə, bu vəzifə əslən azərbaycanlı olan Aytən Rüstəmovaya həvalə edilib.

2001-ci ildə AYİB-in Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.

AYİB-in yeni meneceri son 4 ildə çalışdığı Mərkəzi Asiyada qalmağından məmnun olduğunu və bütün tərəfdaş ölkələrlə yaşıl, inklüziv, rəqəmsal və həyati əhəmiyyətli layihələrin partnyorluq şəklində həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib AYİB-in Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.