Qaynar xətt:

(+99450) 247 90 86

Hulusi Akara verdiyi sözü tutan şəhid tankçımız - Onu siz də tanıyın ( VİDEO)

Hulusi Akara verdiyi sözü tutan şəhid tankçımız - Onu siz də tanıyın ( VİDEO)

ÖZƏL BÖLÜM

1738

24.02.2021, 12:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Məktubu Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailəsinə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çatdırıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan-Türkiyə birgə təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə qardaş Türkiyənin milli müdafiə naziri Valehi qiymətli hədiyyə ilə şəxsən mükafatlandırmış və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə ona uğurlar arzulamışdı. Valeh Hulusi Akara söz vermişdi ki, birgə təlimlərdə qazandığı uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaq.

 

Ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə isə Türkiyənin milli müdafiə naziri Hulusi Akara onun baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu foto göstərilmişdir. Valeh Məmiyevin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin milli müdafiə nazirini də son dərəcə kədərləndirmişdi.

Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb. Hulusi Akar məktubunda yazıb: “Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib.

Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”.

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən Hulusi Akar Valeh Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

 

Hulusi Akara təşəkkürünü bildirən şəhidin qardaşı Vüsal, son damla qanınadək döyüşərək sözünü tutan qardaşı ilə qürur duyduğunu vurğulayıb: “Hulusi Akarın ailəmizə zəng edib danışması, təşəkkürünü ifadə etməsi şəhid ailəsinə göstərilən böyük dəyərdir. Bunun üçün ona ailəmiz adından təşəkkürümüzü bildiririk. Valeh artıq Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanı kimi tanınır”.

Zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.

 

Şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü ötən il oktyabrın 19-da Qubadlı-Laçın istiqamətində olub.

Valideynləri vətənpərvər, qəhrəman övlad böyütdükləri üçün qürur hissi keçirdiklərini söyləyirlər.

 

Şəhidin atası İsbat Məmiyev deyib: “Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. Çünki oğlum Vətənini sevən, torpağını sevən bir qəhrəman idi. Vətənini sevdiyi üçün bütün döyüşlərdə qəhrəmanlıq göstərdi. Deyirdi ki, birinci Vətən, sonra ata, ana. Oğlum ölməyib. Qəlblərdə həmişə yaşayacaq”.

Şəhidin anası İlhamə Məmiyeva da Valehin qəhrəmanlığından danışaraq, oğlu ilə qürur duyduğunu söyləyib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Valeh Məmiyev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. (AzərTAc)

 

 

 

Pələnglə “TikTok” çəkmək istəyən - 19 yaşlı pakistanlının faciəvi sonu 

19:53 / 13 Noyabr 2026

DÜNYA DÜNYA

Pələnglə “TikTok” çəkmək istəyən - 19 yaşlı pakistanlının faciəvi sonu 

187

0
“İran rəhbərliyi cəhənnəmə getsin” 

19:41 / 13 Noyabr 2026

DÜNYA DÜNYA

“İran rəhbərliyi cəhənnəmə getsin” 

108

0
 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin tutduğu İlkin KİMDİR?

19:38 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

 Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin tutduğu İlkin KİMDİR?

625

1
Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

19:35 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

95

0
 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

19:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

321

0
Sumqayıtda yol çöküb-video

19:28 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda yol çöküb-video

148

0
Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

100

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

102

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

103

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

98

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

101

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

114

0