Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

SİYASƏT

45

13.11.2026, 17:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa, yenidənqurma və Böyük Qayıdış layihələri təkcə region üçün deyil, oxşar hərbi-siyasi böhranlarla üzləşən digər ölkələr, o cümlədən Ukrayna üçün mühüm presedent və ümid mənbəyinə çevrilməkdədir. Postsovet məkanında öz ərazilərini hərbi-siyasi yolla işğaldan azad edərək qısa müddət ərzində yüksək iqtisadi dirçəliş və təhlükəsizlik səviyyəsinə nail olan yeganə dövlət məhz Azərbaycan Respublikasıdır. Bu tarixi təcrübə digər münaqişə bölgələri üçün gələcək inkişaf modelini formalaşdırır. 

Məsələ ilə bağlı tanınmış ukraynalı politoloq Maksim Yali Oxu24.com-a açıqlama verərək prosesin strateji əhəmiyyətini və ehtiva etdiyi əsas mesajları dəyərləndirib. 

O bildirib ki, belə bəyanatları müsbət qiymətləndirmək lazımdır. Çünki Azərbaycan, şübhəsiz ki, postsovet məkanında öz ərazilərinin dequpasiyası sahəsində müsbət təcrübəyə malik yeganə dövlətdir:

“Bu elə bir münaqişə idi ki, Rusiya əks tərəfə dəstək verirdi. Lakin münaqişə dondurulduqdan sonra Azərbaycan yüksək səviyyədə fəaliyyət qabiliyyətinə və iqtisadi səviyyəyə nail oldu, nəticədə isə 20 ildən artıq bir müddət keçdikdən sonra ərazilərini geri qaytardı”.

Politoloqun sözlərinə görə, biz hazırda 1990-cı illərin əvvəllərindəki Azərbaycana bənzər bir vəziyyətdəyik:

“Artıq göz qabağındadır ki, ərazilərimizi tamamilə azad etmək üçün hələlik kifayət qədər resurslarımız yoxdur. Biz bütün ən vacib resurslar üzrə bizi qat-qat üstələyən düşmənlə birbaşa qarşıdurma içindəyik. Lakin Azərbaycanın nümunəsi bizə ümid verir və göstərir ki, əgər nə vaxtsa münaqişə dondurularsa və biz düzgün addımlar atsaq, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edə biləcəyik”.

Maksim Yali həmçinin vurğulayıb ki, əgər Şərqi Zəngəzur kontekstində danışırıqsa, burada paralellər aparmaq olar:

“Azərbaycan hazırda tərəfdaşların və investorların dəstəyi ilə Asiyadan Avropaya ticarət axınlarının tranzit potensialını reallaşdırmağa çalışır. Təbii ki, xəritəyə və coğrafi vəziyyətə nəzər salsaq, Ukrayna ərazi baxımından qat-qat böyükdür, lakin məntiqlər eynidir. Biz Avrasiya qitəsi ilə Avropanın kəsişməsində yerləşirik, ona görə də burada paralellər kifayət qədər çoxdur”.

Çimnaz Telmanqızı