Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Lideri Dublində bu sənədə İMZA ATDI:Detallar AÇIQLANIR

Azərbaycan Lideri Dublində bu sənədə İMZA ATDI:Detallar AÇIQLANIR

SİYASƏT

67

13.11.2026, 20:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Araşdırmaçı yazar, CASCFEN İdarə heyətinin üzvü Əkbər Qoşalı Dublində keçirilən görüşlərlə bağlı Oxu24.com-a açıqlama verib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə Toplantısında iştirakı, çoxsaylı ikitərəfli görüşləri, onun fikrincə, iki istiqamət üzrə xüsusi diqqət tələb edir: Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və Ermənistanla sülh gündəliyinin konkret iqtisadi, yükdaşıma və təhlükəsizlik məsələləri müstəvisində davam etdirilməsi.

Birinci istiqamətə toxunan Ə.Qoşalı qeyd edib ki, Prezident İlham Əliyevlə Baş nazir Endi Börnhemin imzaladığı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə 30 ildən artıq əməkdaşlıq təcrübəsinin yeni çağırışlara uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, Bəyannamə həm də enerji sahəsində formalaşmış tərəfdaşlığın müdafiə və təhlükəsizlik, yüksək texnologiyalar, süni intellekt, təhsil, innovasiya, ticarət və yatırım yönlərində genişləndirilməsi niyyətinin rəsmi, yüksək ifadəsidir.

Araşdırmaçı yazar vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın enerji sektorunda çoxillik tərəfdaşıdır və Avropadan ölkəmizə yatırımlar baxımından aparıcı mövqeyə malikdir: “İndi isə tərəflər ənənəvi enerji əməkdaşlığından daha geniş iqtisadi və texnoloji işbirliyinə keçmək niyyətlərini ortaya qoyur. Birgə Bəyannamədə Orta dəhlizin inkişafına, yaşıl enerji keçidinə, müdafiə və təhlükəsizlik sahəsində işbirliyinə, habelə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə verilən önəm də ayrıca məna daşıyır”.

Ə.Qoşalı sənədin siyasi çəkisini artıran cəhətlərdən birinin də orada Azərbaycan–Ermənistan sülh prosesinə dəstəyin öz əksini tapması olduğunu bildirib: “Beləliklə, Londonla strateji tərəfdaşlıq gündəliyi Güney Qafqazda sülh və bağlantılar perspektivi ilə də əlaqələndirilir”.

Dublin səfərinin ikinci önəmli istiqamətinin Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşü olduğunu deyən Ə.Qoşalı qeyd edib ki, Vaşinqton anlaşmalarından sonrakı mərhələdə aparılan müzakirələr sülh gündəliyinin artıq yalnız siyasi bəyanatlar və diplomatik niyyətlərlə məhdudlaşmadığını göstərir: “Sərhədlərin delimitasiyası, Zəngəzurdan keçəcək marşrut, dəmir və avtomobil yolları, iqtisadi-ticari bağlantılar, elektrik şəbəkələrinin birləşdirilməsi, transsərhəd suların idarə olunması kimi məsələlər sülhün gündəlik həyata təsir göstərə biləcək praktik məzmununu önə çıxarır”.

Azərbaycan ərazisindən Ermənistana ötən ilin noyabrından bəri 105 min ton yük daşınması barədə rəsmi bilgini də diqqətəlayiq hesab edən Ə.Qoşalı bildirib ki, yalnız savaşın bitməsi sülh sayılmır: “Sülh – qarşılıqlı məsuliyyətin, güvənin və dinc yanaşıyaşayışın işlək mexanizmlərlə möhkəmləndirilməsidir. Bununla belə, davamlı sülhün təminatı əldə olunan anlaşmaların ardıcıl, qarşılıqlı şəkildə yerinə yetirilməsindən asılı olacaq”.

O, Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə üstünə Gün doğmuş Qarabağ və Zəngəzurun gündoğarındakı savaşsonrası bərpa təcrübəsinin müzakirəsini, digər Avropa dövlətlərinin, beynəlxalq qurumların rəhbərləri ilə enerji, bağlantılar və işbirliyi məsələlərinə dair təmasları da səfərin çoxşaxəli məzmununu tamamlayan məqamlar kimi qiymətləndirib.

Açıqlamanın sonunda siyasi-fəlsəfi qənaətini bölüşən Ə.Qoşalı bildirib ki, diplomatiyanın gücü yeni tərəfdaşlar qazanmaqla yanaşı, mövcud münasibətləri yeni məzmunla zənginləşdirməkdə, sülhü isə praktik münasibətlər sisteminə daşımaqda görünür: “Dublində bir tərəfdən dünyanın aparıcı siyasi-iqtisadi güclərindən biri ilə strateji tərəfdaşlığın yeni mərhələsi rəsmiləşdirilir, digər tərəfdən Güney Qafqazda sülhün konkret mexanizmləri müzakirə olunur. Bunlar ayrı-ayrı diplomatik hadisələr olsa da, Azərbaycanın təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq bağlantılar maraqları baxımından bir-birini tamamlayan istiqamətlərdir”.

“Dövlətlərin diplomatik coğrafiyası genişləndikcə milli maraqlarının koordinatları itməməlidir. Dublin səfərinə Bakıdan baxanda görünən əsas məna da, məncə, budur: fərqli görüşlər, müxtəlif platformlar, lakin eyni dövlətçilik istinad nöqtəsi! Dövlətimiz zaval görməsin!” – deyə o əlavə edib.

Turan Etibaroğlu

5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

79

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

87

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

87

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

101

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

89

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

91

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

103

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

343

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

110

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

117

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

108

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

102

0