Qaynar xətt:

(+99450) 247 90 86

Nadir Azəri: Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır  

Nadir Azəri: Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır  

SİYASƏT

55

13.11.2026, 20:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Cənubi Qafqazın siyasi mənzərəsini köklü şəkildə dəyişdirdi. Azərbaycan yalnız özünün ərazi bütövlüyünü təmin etməklə kifayətlənmədi, eyni zamanda hərbi-siyasi qələbə ilə regionda yeni reallıqlar formalaşdırdı və Cənubi Qafqazın gələcək inkişafı üçün tamamilə fərqli bir mərhələnin əsasını qoydu”. 

Bunu  Oxu24.com-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, siyasi şərhçi Nadir Azəri deyib.

O, qeyd edib ki, bu gün həmin reallıqların beynəlxalq səviyyədə qəbul edilməsi də getdikcə daha aydın görünür. Dünyanın aparıcı dövlətləri Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətlə hesablaşmağın, regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasının bu reallıqlar nəzərə alınmadan mümkün olmadığının fərqindədirlər.

Eyni yanaşmanın Avropada da möhkəmlənməsi diqqət çəkir. Əvvəlki dövrlərdə Cənubi Qafqaz regionundakı son duruma münasibətdə fərqli siyasi yanaşmaların mövcudluğuna baxmayaraq, bu gün Avropa ölkələri Bakı ilə əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar. Çünki Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi, yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil.

Nadir Azərinin sözlərinə görə, Prezident İlham Əliyevin Dublinə səfəri və Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş verən hadisələr də məhz bu mənzərənin ayrı-ayrı təzahürləri kimi diqqəti cəlb edir: “Dövlət başçısının sammitdəki çıxışı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin yeni sənədlə təsbit olunması, eləcə də Ermənistanın baş naziri ilə keçirilən görüş Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolunu nümayiş etdirir. Bütün bunların arxasında vahid siyasi məntiq dayanır: Azərbaycan müharibədən sonrakı dövrdə formalaşdırdığı yeni reallıqları qarşıdurma üçün deyil, sülh, qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişaf üçün əsas kimi təqdim edir. Əgər Qərb Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olmasında həqiqətən maraqlıdırsa, bu yanaşmanı düzgün qiymətləndirməli və regiona münasibətdə siyasətini mövcud reallıqlar üzərində qurmalıdır”.

Bildirilib ki, Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də səfərin mühüm siyasi hadisələrindən biri oldu: “Bu, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların davamı baxımından əhəmiyyət daşıyırdı. Görüş zamanı tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası, eləcə də etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi apardılar.

Müzakirə olunan məsələlərin mahiyyəti göstərir ki, sülh gündəliyində diqqət artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Əsas vəzifə əldə edilmiş razılaşmaların konkret mexanizmlər vasitəsilə həyata keçirilməsi, regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin formalaşdırılmasıdır. Bu istiqamətdə atılacaq addımlar Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər. Təbii ki, onilliklər ərzində davam etmiş münaqişədən sonra etimadın formalaşdırılması və münasibətlərin yeni müstəviyə keçirilməsi müəyyən zaman tələb edir. Bununla belə, Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır. Bu prosesin uğurlu olması isə tərəflərin əldə edilmiş razılaşmalara əməl etməsindən, qarşılıqlı öhdəliklərə hörmətlə yanaşmasından və praktik nəticələrə yönəlmiş siyasi iradə nümayiş etdirməsindən asılıdır”.

Nadir Azəri deyib ki, Dublin görüşü bu baxımdan sülh prosesinin davamlı siyasi dialoq müstəvisində saxlanılması və konkret məsələlərin müzakirəsi üçün əhəmiyyətli platforma oldu.

Turan Etibaroğlu

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

19:35 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi

92

0
 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

19:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

 Əli Əsədov yeni qərar imzalayıb:2030-cu ilin sonunadək dəyişdirilir

306

0
Sumqayıtda yol çöküb-video

19:28 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sumqayıtda yol çöküb-video

137

0
Teymur Hacıyev işdən çıxarılıb

19:23 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Teymur Hacıyev işdən çıxarılıb

97

0
2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

19:05 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

98

0
5 il əvvəl çıxdığı işə qayıdır?

18:59 / 13 Noyabr 2026

ŞOU-BİZNES ŞOU-BİZNES

5 il əvvəl çıxdığı işə qayıdır?

101

0
Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

18:59 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil təkərinin üzərindəki 205/55 R16, 91V və digər rəqəmlər nə deməkdir? – Sürücülərin bilməli olduğu vacib məlumatlar  

95

0
İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

18:50 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İnsanlarla danışarkən üzünüz qızarır, səsiniz titrəyir və həyəcanlanırsınız? – Psixiatr sosial təşvişin əlamətlərini açıqladı  

95

0
Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

111

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

93

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

97

0
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

114

0