Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
13 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
38
13.11.2026, 18:31
Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan və Ukrayna arasındakı siyasi,iqtisadi və humanitar əlaqələr yeni mərhələyə qədəm qoyub. Noyabrın 4-5-də Ukraynanın Ujqorod şəhərində keçirilən Hökumətlərarası Komissiyanın 14-cü plenar sessiyası iki ölkə arasındakı əməkdaşlığın gələcək perspektivlərini bir daha gündəmə gətirib. Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləməsi tərəflər arasındakı münasibətlərin əsas təməl daşlarından biri hesab olunur. Bununla yanaşı, qarşılıqlı humanitar yardımlar və müxtəlif sahələrdəki dinamik inkişaf ikitərəfli tərəfdaşlığın miqyasını daha da genişləndirir. Xüsusilə enerji və kənd təsərrüfatı sahələrindəki əməkdaşlıq həm regional sabitliyə, həm də ölkələrin iqtisadi rifahına mühüm töhfələr verir. Bütün bu amillər Bakı ilə Kiyev arasında strateji etimad mühitinin dərinləşməsinə zəmin yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü müdafiə etməsi, humanitar yardımlar göstərməsi və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq mühiti yaratması iki ölkə arasındakı siyasi etimadın möhkəmlənməsində xüsusi önəm kəsb edir:
"Təsadüfi deyil ki, bu gün Ukraynanın əlaqələrinə önəm verdiyi əsas ölkələrdən biri məhz Azərbaycandır. Eynilə Azərbaycan özü də Ukrayna ilə əlaqələrə xüsusi üstünlük verir. Bunun ən başlıca səbəbi müasir qlobal çağırışlar fonunda Azərbaycan və Ukraynanı bənzər təhdidlərin birləşdirməsi reallığıdır”.
Tədqiqatçının sözlərinə görə, imperializm yenidən baş qaldırmaqdadır və biz imperial maraqlardan çıxış edən böyük dövlətlərə qarşı mübarizə aparan ölkələrin beynəlxalq hüququn təmin olunmasına yönəlmiş mübarizəsini izləyirik:
“Bu ölkələrdən biri Ukraynadırsa, digəri vaxtilə Qarabağ və ətraf rayonların işğalı, eləcə də separatizm ilə üzləşmiş Azərbaycandır. O dövrdə biz təkcə erməni şovinizminə deyil, ona dəstək verən güclü havadarlara qarşı da mübarizə aparırdıq. Bu gün Ukrayna bizim 30 il əvvəl yaşadığımız eyni taleyi yaşayır. Azərbaycan tarixin bu sınağından üzüağ çıxdığı üçün Ukrayna Bakını özünə bir nümunə kimi götürür".
Həşim Səhrablı qeyd edib ki, gələcəkdə müharibə bitdikdən və Ukrayna beynəlxalq hüquqa uyğun haqlarını bərpa etdikdən sonra bu ölkədə də genişmiqyaslı yenidənqurma işləri başlayacaq:
"Məhz bu mərhələdə Azərbaycan Ukrayna üçün əsl örnəyə çevriləcək. Çünki bu gün Qarabağda çox ciddi yenidənqurma təcrübəmiz formalaşmaqdadır. Eyni zamanda, qaçqın və məcburi köçkünlərlə iş üzrə Azərbaycanın dünyaya nümunə olacaq təcrübəsi var və Ukrayna bundan mütləq istifadə edəcək. Digər tərəfdən, hazırda humanitar dəstəyə ehtiyacı olan Ukraynaya bu yardımı göstərən ən bariz ölkələrdən biri məhz Azərbaycandır. Xüsusilə enerji sektoruna göstərilən yardımlar Ukraynada sivil həyatın dayanmaması və insanların müharibənin ağrı-acılarını daha az hiss etməsi baxımından çox effektiv olub. Azərbaycan çoxşaxəli enerji siyasətində Ukraynanı da unutmur və onun enerji infrastrukturunun yenidən qurulmasında faydalı tərəfdaş kimi çıxış edir".
O vurğulayıb ki, bu əməkdaşlıq birtərəfli deyil və Azərbaycanın da Ukraynadan qazanclı çıxdığı bir çox strateji sahələr mövcuddur:
"Kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl, ət və süd məhsullarının idxalı Azərbaycanın daxili tələbatının ödənilməsində və əhalinin sosial rifahının yaxşılaşmasında mühüm rol oynayır. Bu mənada Ukrayna ölkəmiz üçün etibarlı tərəfdaşdır. Bütün bu qarşılıqlı əlaqələr Azərbaycan və Ukrayna münasibətlərini yüksək inkişaf səviyyəsində saxlayır. Düşünürəm ki, qarşılıqlı faydalılıq üzərində inşa olunmuş bu münasibətlərin daha da dərinləşməsində həm Bakı, həm də Kiyev bundan sonra da maraqlı olacaq".
Çimnaz Telmanqızı
18:26 / 13 Noyabr 2026
35
18:15 / 13 Noyabr 2026
45
18:04 / 13 Noyabr 2026
156
17:59 / 13 Noyabr 2026
77
17:46 / 13 Noyabr 2026
86
17:30 / 13 Noyabr 2026
77
17:18 / 13 Noyabr 2026
75
17:13 / 13 Noyabr 2026
240
17:07 / 13 Noyabr 2026
88
16:59 / 13 Noyabr 2026
88
16:51 / 13 Noyabr 2026
98
16:37 / 13 Noyabr 2026
122
16:29 / 13 Noyabr 2026
97
16:08 / 13 Noyabr 2026
254
16:00 / 13 Noyabr 2026
104
15:42 / 13 Noyabr 2026
376
15:37 / 13 Noyabr 2026
111
15:30 / 13 Noyabr 2026
127
15:01 / 13 Noyabr 2026
152
14:59 / 13 Noyabr 2026
298
14:50 / 13 Noyabr 2026
160
14:46 / 13 Noyabr 2026
135
14:33 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.