Nadir Azəri: Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyi üçün real imkanlar yaradır
13 Noyabr 2026, 20:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
66
13.11.2026, 20:50
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyinin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət etmişdi.
Sosial şəbəkə hesabındakı paylaşımında Teymur Hacıyev əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərara (red-töhmətlə işdən çıxarılma) etiraz edərək işdən azad olunması üçün yetərli hüquqi əsas olmadığını bildirmişdi.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Teymur Hacıyevin işdən azad olunmasına səbəb onun çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşlardan biri ilə sevgi münasibətləri yaşaması olub.
Evli olan Teymur Hacıyev DOST Agentliyində çalışan L.İ. adlı xanımla sevgi münasibətlərində olub və onlar ayrıldıqdan sonra da israrla xanım əməkdaşla münasibətləri bərpa etməyə çalışıb. Xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra daxili araşdırılma aparılıb və hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, T.Hacıyev açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələrinə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulan qərara etiraz edib. O bildirib ki, barəsində irəli sürülən ittihamlar xidməti araşdırmalar zamanı təsdiqini tapmayıb, buna baxmayaraq, işdən çıxarılması məsələsi gündəmə gətirilib.
O, noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşdiyini, əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdarlıq edildiyini də iddia edib.
T.Hacıyev məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin əlilliyi səbəbindən xüsusi təhsil, reabilitasiya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. O, işini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin və övladının reabilitasiya imkanlarının çətinləşəcəyini vurğulayıb.
Qurum əməkdaşı əmək münasibətlərini öz ərizəsi ilə dayandırmaq niyyətində olmadığını və işinə davam etdirmək istədiyini bildirib.
20:41 / 13 Noyabr 2026
47
20:37 / 13 Noyabr 2026
48
20:35 / 13 Noyabr 2026
17
20:20 / 13 Noyabr 2026
68
20:09 / 13 Noyabr 2026
181
20:06 / 13 Noyabr 2026
67
20:05 / 13 Noyabr 2026
74
19:58 / 13 Noyabr 2026
160
19:53 / 13 Noyabr 2026
176
19:41 / 13 Noyabr 2026
104
19:38 / 13 Noyabr 2026
573
19:35 / 13 Noyabr 2026
92
19:30 / 13 Noyabr 2026
306
19:28 / 13 Noyabr 2026
137
19:23 / 13 Noyabr 2026
97
19:05 / 13 Noyabr 2026
98
18:59 / 13 Noyabr 2026
101
18:59 / 13 Noyabr 2026
95
18:50 / 13 Noyabr 2026
95
18:38 / 13 Noyabr 2026
111
18:31 / 13 Noyabr 2026
93
18:26 / 13 Noyabr 2026
97
18:15 / 13 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.