Xalq yazıçısı: Azərbaycan mədəniyyətini dünyaya yetərincə tanıda bilməmişik
13 Noyabr 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
13.11.2026, 16:08
Müəllimlərin sertifikasiyasında yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb. Sertifikasiyada uğur qazanmayan və ya prosesə cəlb olunmayan müəllimlərdə isə bu göstərici 770 manatdır.
Oxu24.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini qeyd edib ki, indiyədək 104 min müəllim sertifikasiyanın birinci mərhələsində iştirak edib. Onlardan 60 mini 30-51 bal aralığında nəticə göstərərək əməkhaqqına 10 faiz, təxminən 31 mini isə 35 faiz əlavə almaq hüququ qazanıb. Ümumilikdə 91 min 400 müəllimin əməkhaqqına artım edilib.
K.Kərimzadənin sözlərinə görə, sertifikasiyada 30-51 bal nəticə göstərərək 10 faiz əlavə alan müəllimlərin orta aylıq əməkhaqqı 1010 manat, 51 baldan yüksək nəticə göstərənlərin isə 1320 manat təşkil edir. Sertifikasiyada iştirak etməyən və ya prosesə cəlb olunmayan müəllimlərin orta aylıq əməkhaqqı isə 770 manatdır.
Nazir müavini bildirib ki, müəllimlərin əməkhaqlarına əlavələrin ödənilməsi üçün 2027-ci ilin dövlət büdcəsində 286,4 milyon manat vəsait nəzərdə tutulub.
O, müəllimlərin orta aylıq əməkhaqqının son illərdə əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Qeyd edib ki, 2014-cü illə müqayisədə bu göstərici üç dəfədən çox yüksəlib.
K.Kərimzadənin sözlərinə görə, 2026-cı ilin sentyabrına olan məlumatlara əsasən, əvəzçiliklə çalışanlar da daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edib.
16:00 / 13 Noyabr 2026
42
15:42 / 13 Noyabr 2026
179
15:37 / 13 Noyabr 2026
65
15:30 / 13 Noyabr 2026
61
15:01 / 13 Noyabr 2026
78
14:59 / 13 Noyabr 2026
183
14:50 / 13 Noyabr 2026
92
14:46 / 13 Noyabr 2026
84
14:33 / 13 Noyabr 2026
92
14:24 / 13 Noyabr 2026
473
14:17 / 13 Noyabr 2026
405
14:12 / 13 Noyabr 2026
91
14:05 / 13 Noyabr 2026
168
14:00 / 13 Noyabr 2026
94
13:43 / 13 Noyabr 2026
193
13:41 / 13 Noyabr 2026
94
13:20 / 13 Noyabr 2026
92
13:05 / 13 Noyabr 2026
211
12:57 / 13 Noyabr 2026
158
12:45 / 13 Noyabr 2026
143
12:32 / 13 Noyabr 2026
175
12:20 / 13 Noyabr 2026
117
12:17 / 13 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.