Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH
13 Noyabr 2026, 17:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
37
13.11.2026, 17:30
Avropa Siyasi Birliyi forumları son dövrün aktual izlənilən tədbirlərindən biridir.
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu24.com-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Avropa liderlərinin ildə bir dəfə müxtəlif Avropa paytaxtlarında sammit keçirməsi Avropa və dünya qarşısında duran məsələlərin həllinə, Avropa ölkələri arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. O qeyd edib ki, bu görüşlərdə müxtəlif fikirlər və hətta fərqli yanaşmalar səsləndirilə bilər, lakin istənilən görüş irəliyə doğru atılan addımdır.
A.Mirzəzadə bildirib ki, Azərbaycan lideri də bu görüşlərdə iştirak edir: "Hətta 2028-ci ildə sammitin Azərbaycanda keçirilməsi qərara alınıb".
Deputat vurğulayıb ki, Azərbaycan belə görüşlərdə öz mövqeyini Avropa məkanına çatdırır, Avropada siyasi birliyin möhkəmlənməsinə verdiyi töhfə barədə məlumat verir. Onun sözlərinə görə, Azərbaycan qarşılaşdığı məsələlərin həllinə dair təcrübəsini bölüşür və bu təcrübə həmişə diqqətlə qarşılanır.
O əlavə edib ki, Azərbaycanın suverenliyini qoruması, iqtisadiyyatını şaxələndirməsi bir ölkə timsalında problemlərin həlli nümunəsini göstərir. Eyni zamanda, iki tərəfli görüşlərin keçirilməsi Azərbaycan üçün maraq doğuran məsələlərin həlli üzrə danışıqların aparılması baxımından da vacibdir.
Millət vəkili Azərbaycanın xarici siyasətində mühüm məsələlərdən birinin Ermənistanla münasibətlərin son məntiqi nəticəyə çatdırılması, sülh müqaviləsinin imzalanması olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də gözlənilən idi: "Şübhəsiz ki, görüşdə ikitərəfli münasibətlərin sülh sazişinə qədər və sazişdən sonrakı mərhələdə qurulması barədə fikir mübadiləsi aparılıb".
A.Mirzəzadə yekunda qeyd edib ki, Prezidentin bu tədbirdə iştirakı və müxtəlif məsələlərə münasibət bildirməsi Azərbaycanın dünyaya açıq olduğunu və dünyada əmin-amanlığın təmin olunmasında maraqlı olduğunu bir daha göstərir.
17:18 / 13 Noyabr 2026
37
17:13 / 13 Noyabr 2026
54
17:07 / 13 Noyabr 2026
58
16:59 / 13 Noyabr 2026
66
16:51 / 13 Noyabr 2026
83
16:37 / 13 Noyabr 2026
110
16:29 / 13 Noyabr 2026
87
16:08 / 13 Noyabr 2026
205
16:00 / 13 Noyabr 2026
96
15:42 / 13 Noyabr 2026
330
15:37 / 13 Noyabr 2026
101
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
109
14:59 / 13 Noyabr 2026
235
14:50 / 13 Noyabr 2026
128
14:46 / 13 Noyabr 2026
111
14:33 / 13 Noyabr 2026
125
14:24 / 13 Noyabr 2026
610
14:17 / 13 Noyabr 2026
498
14:12 / 13 Noyabr 2026
120
14:05 / 13 Noyabr 2026
224
14:00 / 13 Noyabr 2026
120
13:43 / 13 Noyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.