Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib
13 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
45
13.11.2026, 16:59
Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi fonunda transsərhəd çayların birgə idarə olunması üzrə işçi qruplarının yaradılması regional təhlükəsizlik və ekoloji sabitlik baxımından mühüm strateji addım kimi qiymətləndirilir. Müasir dövrdə su ehtiyatlarına nəzarət məsələsi yalnız iqtisadi və sosial amil deyil, həm də bölgədə sülhün və dayanıqlı inkişafın təmin olunmasında həlledici rol oynayan əsas faktorlardan biridir. Xüsusilə Cənubi Qafqazda su mənbələrinin coğrafi yerləşməsi və ekoloji vəziyyəti illərdir ciddi müzakirələrə və narahatlıqlara səbəb olurdu. Bu kontekstdə tərəflər arasındakı yeni əməkdaşlıq mexanizmləri mövcud ekoloji problemlərin aradan qaldırılmasına və su ehtiyatlarından ədalətli istifadəyə yol açır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması ilə bağlı işçi qrupun yaradılması əslində, zəruri və gözlənilən bir prosesdir:
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası zamanı çayların, göllərin və digər su mənbələrinin hansı tərəfə aid olması, yaxud birgə idarə edilməsi məsələsi də müəyyən edilməlidir. Müasir dövrdə transsərhəd ərazilərdə içməli su mənbələrinə nəzarət münaqişələrə səbəb olur. Bu kimi halların Özbəkistanla Tacikistan arasında, eləcə də Qırğızıstan-Tacikistan sərhədində silahlı qarşıdurmaya səbəb olduğunu görmüşük. Ona görə də Azərbaycan və Ermənistan dövlət sərhədlərinin delimitasiyası çərçivəsində çaylardan və digər su mənbələrindən istifadə ilə bağlı razılaşma əldə etməlidir”.
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan su ehtiyatlarına görə Gürcüstandan və Ermənistandan geri qalır. Azərbaycan ərazisindən axan 20-ə qədər kiçik dağ çayının mənbəyi Ermənistanda yerləşir:
“Əslində, həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Zaman-zaman Azərbaycan torpaqlarının Ermənistana verilməsi nəticəsində, Azərbaycan içməli və suvarmaya yararlı su mənbələrinin bir çoxundan məhrum olub. Ona görə də tərəflər sərhədlərin müəyyənləşməsi çərçivəsində su mənbələrinin də idarə olunması ilə bağlı problemləri aradan qaldırmalıdır”.
Şərhçi qeyd edib ki, hazırda Ermənistan ərazisindən Azərbaycana Oxçuçay, Bərgüşad çayı, Arpaçay, Ağstafaçay, Həsənsu çayı, Bəsitçay, Axınca çayı və digər çaylar axır:
"Pəmbək, Qarasu və Cəlaloğlu çayları isə Ermənistan ərazisindən Gürcüstana, oradan Kür çayı vasitəsilə Azərbaycana axır. Ümumiyyətlə, Ermənistan ərazisindən axan çayların əksəriyyəti Kür və Araz çaylarına tökülür. Lakin Ermənistandakı qızıl mədənlərindən və filiz emalı müəssisələrindən çıxan zəhərli tullantılar Kür və Araz çaylarına axıdılır. Eyni zamanda, Metsamor Atom Elektrik Stansiyasının radiasiyalı tullantıları da Araz çayına axıdılır. Bütün bu zərərli tullantıların mənsəbi isə Xəzər dənizidir. Ona görə də Azərbaycan və Ermənistan bu problemi birlikdə həll etməlidir. Tərəflər arasında işçi qrupun yaradılmasından sonra transsərhəd çayların ekoloji təmizliyinin təmin edilməsinə nəzarəti artırmaq olar”.
Müşfiq Abdulla əlavə edib ki, 1960-cı illərdə Tovuz rayonunun Ağdam kəndində inşa edilmiş su anbarı da məsələnin digər mühüm tərəfini təşkil edir:
"Həmin su anbarı Azərbaycana məxsus olsa da, Ermənistanın işğalçılıq müharibəsinə başlamasından sonra düşmənin atəş nöqtəsi altında olub. Ona görə də Azərbaycan tərəfi Ermənistanla döyüşlərin getdiyi şərti sərhəd xəttində yerləşən bu su anbarından normal istifadə edə bilməyib. İndi sərhədlərin delimitasiyası və demarkasiyası prosesində, həmçinin işçi qrupun köməyilə su anbarına nəzarət Azərbaycana qaytarıla bilər”.
Çimnaz Telmanqızı
16:51 / 13 Noyabr 2026
35
16:37 / 13 Noyabr 2026
64
16:29 / 13 Noyabr 2026
48
16:08 / 13 Noyabr 2026
156
16:00 / 13 Noyabr 2026
66
15:42 / 13 Noyabr 2026
277
15:37 / 13 Noyabr 2026
83
15:30 / 13 Noyabr 2026
85
15:01 / 13 Noyabr 2026
94
14:59 / 13 Noyabr 2026
210
14:50 / 13 Noyabr 2026
108
14:46 / 13 Noyabr 2026
95
14:33 / 13 Noyabr 2026
102
14:24 / 13 Noyabr 2026
543
14:17 / 13 Noyabr 2026
453
14:12 / 13 Noyabr 2026
105
14:05 / 13 Noyabr 2026
195
14:00 / 13 Noyabr 2026
110
13:43 / 13 Noyabr 2026
229
13:41 / 13 Noyabr 2026
110
13:20 / 13 Noyabr 2026
107
13:05 / 13 Noyabr 2026
255
12:57 / 13 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.