Qaynar xətt:

(+99450) 247 90 86

İlhamə Quliyevaya cinayət işini KİM AÇIBMIŞ?  —  Keçmiş köməkçisindən sensassion AÇIQLAMA 

İlhamə Quliyevaya cinayət işini KİM AÇIBMIŞ?  —  Keçmiş köməkçisindən sensassion AÇIQLAMA 

MÜSAHİBƏ

245

25.02.2026, 20:58

Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli müğənni  İlhamə Quliyevanın anım günüdür. Xalq artistinin  vəfatından 10 il ötür. 1943-cü il təvəllüdlü Quliyeva II Fəxri Xiyabanda - anası Tükəzban İsmayılova və atalığı Həbib Bayramovun məzarları ilə eyni sırada dəfn olunub.

Anım günündə Oxu24.com-un əməkdaşı Xalq artistinin mətbuat katibi olmuş və onunla qalmaqallı şəkildə ayrılan,həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.

Həmin müsahibənin bir hissəsini  təqdim edirik:

Tam hissəni LİNKdən oxuya bilərsiniz.

-Detallı danışaq.Videonu kim çəkdi?

-Mən İlhamə xanımın evinə gəldim.Həmin vaxt qapını bağladılar,məni döydülər.Orxanın dostu Vüqar İlhamə xanımın əlinə bıçaq verdi ki,məni vursun.İlhamə xanım ayağıma bıçaqla vurdu,məni qan apardı.Bunu görən İlhamə xanımın huşu getdi,şəkəri qalxdı.Çox pis vəziyyətdə qaldı.Başları ona qarışdı,mən köməksiz vəziyyətdə qaldım.Özümə yardım etməyə çalışdım...

-Videoda bir qadın da var idi.O,kim idi?

-Mən onu tanımırdım şəxsən.Özünü Məsmə kimi təqdim edirdi.O,Vüqarın yanında idi.Belə qara-qura işlərlə məşğul olurdular.Hamısı da qanunla cəzasını aldılar.

-Bəs,evdən necə çıxdınız?

-Həmin vaxt tanınmış bir müğənni İlhamə xanımın evinə gəldi.Onun köməkliyi ilə evdən çıxa bildim.

-Kim idi O?

-Demək istəmirəm...O günlər çox acıdır mənim üçün...

-Kişi idi,ya, qadın?

-Kişi müğənnisi,İlhamə xanımla çox yaxın idi.Tələbəsi olmuşdu ...

-İlhamə xanımın tələbəsi Ülvü Qılınc,Elton Hüseynəliyev...

-Ülvü Qılınc idi...

-Xilas oldunuz,bəs niyə şikayət etmədiniz?

-Əslində mən şikayət etməyə getmişdim.Həmin vəzifəli şəxsin otağında olarkən İlhamə xanıma mənə zəng etdi.Dedi ki,dur,gəl bizə.Hər şeyi bitirək,mənə səhv məlumat veriblər.Məni inandırdı və yenidən ikinci dəfə onun evinə getdim.Həmin vaxt İlhamə xanım tək olduğunu demişdi mənə.Evə girdikdən sonra qəfildən Vüqar,Orxan və Faiq Ələkbərli otaqdan çıxdılar.Mənə təyziqlər oldu,fiziki güc tətbiq etdilər və mənim diz çöküb,İlhamə xanımdan üzr istəməyimə məcbur etdilər.Məni ağlasığmaz şeylərlə şantaj edirdilər...Videonu çəkdikdən sonra məni gecə saatlarında evə buraxdılar...

-Yenə şikayət etmədiniz?

-Onlar bu videonu çəkməklə guya mənim günahkar obrazımı yaratmaq və əllərində saxta fakt kimi aidiyyatı orqanlara təqdim etmək istəyirdilər və belə də etdilər.

-Və sonra?

-İlhamə Quliyevanın tapşırığı ilə onun yüksək vəzifədə olan yaxın dostunun iştirakı ilə mənə cinayət işi açıldı...İdarə rəisi idi.

-Kim idi o vəzifəli?Hazırda işləyir?

-Çox yüksək vəzifəsi var idi.Hazırda məncə,yox.

-Sizə cinayət işi harada açıldı?

-Bakı şəhər Baş Polis İdarəsində...

-Həmin vaxt İdarənin rəisi general-mayor Mirqafar Seyidov idi.

-Bəli,İlhamə xanımla çox yaxın dost idilər.Mənim həbsimdən bir müddət öncə həmin şəxslər başqa bir yüksək vəzifəli şəxsin evinə gediblər.Orada söhbət gedib ki,Mehribana cinayət işi açılmalı və həbs olunmalıdır.Deyiblər ki,bu,İlhamə Quliyevanın göstərişidir…Bu faktı rəsmi şəxs  özü də açıq etiraf edib.

-Kimdir O?

-Hazırda istefada olan  mayordur...

-Onun yanına kimlər idi gedən?Nə istəyiblər ondan?

-Mayor mənə sonradan dedi ki,sənin həbs olunmağınla bağlı tanınmış şəxslər  onun evinə gediblər…

- Bunu həmin şəxs bizə də etiraf edə bilər?

-İstəsəniz,zəng edim,özü danışsın…

Harda qalmışdıq?...Sizi həbs etdilər və istintaq necə getdi?

-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...

-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?

-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum  hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.

-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?

-Müşfiq Abbasov...

- Necə getdi istintaq,razı qaldınız?

-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...

-Daha dəqiq desək...Hansı  əməllərdən narazı qaldınız?

-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...

- İlhamə Quliyevanın ölümünü həbsxanada olarkən eşitdiniz?10 il əvvələ qayıdaq…

-Bəli,səhər tezdən efirə baxırdıq.Birdən xəbərlərdə onun ölümünü eşitdim.Huşumu itirdim,ürəyim getdi.Məni bir neçə saatdan sonra ayıldıla bilmişdilər...

- Onun ölümü sizin azadlığa çıxmağınıza səbəb oldu?

-Yox,bu fikir tamamı ilə  yalnışdır.Əksinə,İlhamənin ölümü mənim həbsdən çıxmağımı gecikdirdi...Mənim azadlığa çıxmağım sırf ədalətli məhkəmə sayəsində və məni müdafiə edən tanınmış şəxslərin çağırışları oldu.Məni həbs edəndə dedilər ki,biz sizi bu yolla onlardan qoruyuruq.Həmin vaxt  çöldə olsaydım,başıma çox işlər gələ bilərdi.Bunu mənə İdarədə də demişdilər.Onlar məni həqiqətən də mühafizəyə aldılar və vaxtı çatanda azadlığa çıxdım.

- İlhamə xanımın özünə cinayət işi açılıbmış?

- Bəli,bu haqda mən də eşitmişəm.Özü də bir neçə mənbədən...Dedilər ki,həm mənim məsələmə görə,həm də başqa işlərə görə,ona cinayət işi açılıbmış...Eşitdiyimə görə,bu məsələ ilə bağlı ona zəng ediblər...Vəziyyəti çox pisləşib və dünyasını dəyişib...Bir söz deyim,bu işdə mənə tələ quran 7 nəfər olub.Hamısı da öz cəzasını alıb...Onları Allah cəzalandırdı.Amma 7 nəfərin adını çəkmirəm...

İlhamə Quliyevadan sizə nəsə qaldı?

-Bircə o məşhur telefon nömrəsi... O,da mənim adıma idi.Sonradan Orxan istədi,həmin nömrəni də ona verdim...Bir də üzük hədiyyə vermişdi. Onu da məlum hadisələrdə əlimdən aldılar.

Müsahibəni apardı: Miri Məcidli