Media və Yayım Şurası Azərbaycan-Ermənistan transsərhəd çayları ilə bağlı xəbərlərin vizual təqdimatına irad bildirib
13 Noyabr 2026, 14:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
106
13.11.2026, 14:17
2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova parlamentin üç komitəsinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzindədir və iqtisadi çətinliklər bu prosesə mane olmayıb.
Deputatın sözlərinə görə, əksinə, bütün növ pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər ödənişlərin məbləği hər il artırılıb.
"Gözlənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaq", - deyə o bildirib.
Komitə sədri xüsusilə gələn il bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin, o cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətin və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlərin əsaslı şəkildə artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, hər il olduğu kimi, 2027-ci ilin dövlət büdcəsində də məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərə, sağlamlıq imkanları məhdud olan uşaqlara və onların ailə üzvlərinə dəstək göstərilməsi üçün vəsait ayrılıb.
H.Hüseynovanın sözlərinə görə, həmin vəsait bu şəxslərlə sosial, psixoloji və sosial-psixoloji işin təşkilinə, eləcə də bu qəbildən olan digər məsələlərin həllinə yönəldiləcək.
Deputat digər təkliflərin də zamanla reallaşacağına əminliyini ifadə edib.
14:24 / 13 Noyabr 2026
1
14:12 / 13 Noyabr 2026
37
14:05 / 13 Noyabr 2026
58
14:00 / 13 Noyabr 2026
65
13:43 / 13 Noyabr 2026
92
13:41 / 13 Noyabr 2026
68
13:20 / 13 Noyabr 2026
69
13:05 / 13 Noyabr 2026
91
12:57 / 13 Noyabr 2026
81
12:45 / 13 Noyabr 2026
107
12:32 / 13 Noyabr 2026
139
12:20 / 13 Noyabr 2026
92
12:17 / 13 Noyabr 2026
93
12:08 / 13 Noyabr 2026
629
11:55 / 13 Noyabr 2026
107
11:45 / 13 Noyabr 2026
172
11:40 / 13 Noyabr 2026
104
11:21 / 13 Noyabr 2026
338
11:15 / 13 Noyabr 2026
114
11:12 / 13 Noyabr 2026
212
11:00 / 13 Noyabr 2026
130
10:50 / 13 Noyabr 2026
116
10:45 / 13 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.