Azərbaycanlı ekspert Rusiyanın ŞOK PLANININ üstünü açdı: Rəqəmlər nə deyir?
24 Fevral 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
317
25.02.2026, 16:42
Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli müğənni İlhamə Quliyevanın anım günüdür. Xalq artistinin vəfatından 10 il ötür. 1943-cü il təvəllüdlü Quliyeva II Fəxri Xiyabanda - anası Tükəzban İsmayılova və atalığı Həbib Bayramovun məzarları ilə eyni sırada dəfn olunub.
Anım günündə Oxu24.com-un əməkdaşı Xalq artistinin mətbuat katibi olmuş və onunla qalmaqallı şəkildə ayrılan,həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.
Həmin müsahibəni təqdim edirik:
-Mehriban xanım,necəsiniz?İşlər necə gedir?
-Çox sağolun,hər şey qaydasındadır.Öz sahəmizdə çalışırıq. Hazırda Türkiyədə “TürkAz İnformasiya Ajansı”nın media sektorunda Sahil İmanovun rəhbərliyi ilə çalışıram. İşlərimiz Azərbaycanı təbliğ etmək,informasiya vermək və yeni layihələr təqdim etməkdir.Hazırda işlərimlə bağlı Bakıdayam.
-Sizinlə müsahibəyə hazırlaşarkən qarşıma maraqlı kadrlar çıxdı.Sizi,cənab Ərdoğanın sonuncu seçkilərdə qalib gəlməsi zamanı təşkil olunmuş tədbirdə gördüm.Cənab Ərdoğanın "balkon"una qədər gedib,çıxmısınız..
-Bəli,Cənab Ərdoğan seçkilərdə qalib gələndə biz də Ankaradaydıq.Sandıqlar açıldı,səslərin sayımına başlandı.Üstüklük Cənab Ərdoğanda olduğunu görəndə çox sevindik.Biz də hamı kimi o məşhur “balkon”a can atmaq istəyirdik.Türkiyədəki rəhbərim Sahil İmanovun dəstəyi ilə mən də bu proseslərdə iştirak etdim.Mühafizəçilər əlimdə Azərbaycan bayrağını görəndə mənə yol açdılar. Bu görüntülər Türkiyə mediasında da böyük məşhurluq tapdı .Orada hər kəs Azərbaycan bayrağına diqqət yetirirdi.Həmin vaxt bir Azərbaycan xanımı kimi qürur keçirdim. Qardaş ölkədə iştirak etdiyim bütün tədbirlərdə,verilişlərdə Azərbaycan bayrağı ilə çıxış edirəm.
-Mehriban xanım,gördüyüm kimi kifayət qədər ciddi ortamda olmusunuz.Niyə bu gün aktiv deyilsiniz?
- Niyə mən yoxam?Niyə məni verilişlərə dəvət etmirlər?Bu mənim özüm üçün də qaranlıq qalıb...Mən Azərbaycanda kanallardan birinin Parlament müxbiri olmuşam.Ciddi şəxslərlə müsahibələr aparmışam.İndi ortada olanların əksəriyyəti o qədər də ciddi olmayan şəxslərdir.Bu,çox acıdır...
- Siz həm də şəhid bacısısınız...
-Bəli,qardaşım I Qarabağ Müharibəsində,Murov dağlarında şəhid olmuş Emin İbrahimovdur. Biz onunla 19 yaşında vidalaşdıq...Bu barədə danışmaq mənə çox çətindir...
-Qardaşınız harada dəfn olunub?
-Bərdədə, kənd qəbiristanlığında dəfn olunub.Anam belə istədi. Ona görə Şəhidlər Xiyabanında dəfn olunmadı.Sonradan qardaşımın məzarının Şəhidlər Xiyabanına köçürmək istəsələr də,anam buna razı olmadı.Bu gün anamla qardaşımın məzarı yanaşıdır...Biz özümüz İbrahim xanın nəslindənik.Ailəmiz böyükdür.
-Mehriban xanım,görüşümüzün əsas məqsədi mərhum Xalq artisti İlhamə Quliyeva haqqında söhbət olduğunu bilirsiniz.Necə oldu ki,siz onunla işbirliyinə başladınız?
-İlhamə xanımla bizim tanışlığımız çoxdan var idi.Mən hələ o zamanlar “oxumeni” qəzetində çalışanda İlhamə xanımla müsahibələr alırdım.Tanışlığımız yaranmışdı.Hətta İlhamə xanım bir neçə dəfə bizim evimizə də gəlib. Ona sevdiyi samovar çayı dəmləyirdim...Beləcə münasibətlər yarandı.Günlərin birində İlhamə xanım mənə işçi kimi onunla çalışmağımı təklif etdi. Həmin vaxt mən “Lider” kanalında idim. Təxminin 2013-cü ilin may-iyun ayları idi.Sezon bitdiyinə görə əməkdaşlıq üçün ona razılıq verdim.
-Hansı şərtlərlə?
-Mən həmin vaxt televiziyada və qəzetdə çalışırdım.İlhamə xanıma dedim ki,sizin yanınızda mətbuat katibi kimi işləsəm,gərək bu işlərimi də görə biləm. O,əslində buna razı olmamışdı.Buna baxmayaraq birtəhər dil tapa bildik.Əməkhaqqı razılaşıdıq və işə başladıq.
-Əməkhaqqının məbləğini açıqlaya bilirik?
-Əvvəl mənə dedi ki,indiyə kimi heç kəsə aylıq maaş verməmişəm. Deyirdi ki,yanımda işləyənləri dolandırıram. Mənsə,buna razılaşmırdım. Dedim,müəyyən xərclərim var,aylıq maaşla işləyə bilərəm. Qısası,aylıq mənə 2000 manat maaş verirdi.
-Xasiyyəti necəydi?Yola gedə bilirdiniz?
-Əslində İlhamə xanım göründüyü kimi deyildi. O,kənardan hegemon,əsəbi,qəddar kimi görünsə də,daxilində kövrək və dərdli qadın idi..Amma bunu çox da büruzə verməzdi.
-Nə idi dərdi?
-Övlad dərdi,sağlamlıq...O qədər problem var idi ki...
-Övladı var idi İlhamə xanımın?
-Mənə çox şeyləri danışırdı.Deyirdi ki,bir qız uşağı dünyaya gətirib.Həmin uşağın doğuş zamanı öldüyünü ona deyiblər.Amma bu məsələ onun üçün qaranlıq qalmışdı.Həmin qızın taleyi barədə əlavə nəsə danışmırdı. Daha sonra özü mənə dedi ki,bir dəfə də ana olmaq şansı olub.Amma ona xarici ölkələrin birində tibbi müdaxilə ediblər.Bu zaman onun ana olmasına əngəl olan bir əməliyyat keçirilib.Özü deyirdi ki,bunu onun düşmənləri edib ki,bir də ana ola bilməsin...
-İlhamə xanımın qazancı hardan idi?
-İlhamə xanımın gəlirləri yaxşı idi.Dövlətdən pensiya alırdı,dostları,iş adamları dəstək olurdular.Bundan əlavə evini satıb,banka qoymuşdu.Oradan aylıq 3000 manat faiz pulu alırdı.Bunlarla çox yaxşı dolanırdı.
-Biz gördüyümüz qədər varlı deyildi onda?
-Əslində yox...Sadəcə İlhamə xanımın özünü belə göstərməyi xoşlayırdı.Dəbdəbəni,geyimi-keçimi çox sevirdi.Paltarlarının pulunu çox vaxt almırdılar,ona hədiyyə edirdilər.Özü də çox zövqlü xanım idi.Taclar,qır-qızıl taxmağı sevirdi.
-Taclardan söz düşmüşkən,onlar həqiqətən də qızıldan,brilliantdan idi?
-Düzünü deyəcəm...Yox...Bu,bir şou idi.Əslində taclar adi bir aksesuar idi.
-Onda balonlarla daş-qaş söhbəti də uydurmadır?
-Onun balonlarla qızılı,brilliantı olmayıb.Düzdür,sənət adamları ona ad günündə,bayramlarda hədiyyələr verirdilər.Özü hədiyyə almağı çox sevirdi.Anası Tükəzban xanımdan da ona müəyyən qızıllar qalmışdı.Amma bunlar o qədər də çox deyildi.
-İlhamə xanım harada yaşayırdı?
-İlhamə xanım “Elmlər”metrosu yaxınlığında yerləşən hündürmərtəbəli evdə yaşayırdı.Anasından qalma evi də var idi.Amma orada heç kim yaşamırdı.Bağlı qalırdı.Arada gedib,baxırdıq.
-Evinə qonaqlar,dost-tanış,qohum-əqraba gəlirdi?
-Dostları çox idi.Əsasən də iş adamları,vəzifəli şəxslər.Qohumlardan bacısı İradə və müğənni Əli Mirzəliyev,onun qızı daha çox gəlirdi.Əli Mirəliyevin bağına da tez-tez qonaq gedirdik.
-Qohumlara maddi,mənəvi dəstəyi dəyirdi?
-Yox,mən görməmişəm...
-Evdə necə idi?Yeməyi sevən xanım idi.Kim bişiridi yeməkləri?
-Desəm,inanmayasınız...Bütün yeməklərini özü bişirirdi.Özü də gözləyirdi ki,mən də gələm,birgə yeyək...Çox qurman xanım idi.
-Deyirdilər ki,İlhamə xanım filankəsə qadağa qoydurdu,filankəsi efirdən kənarlaşdırdı və s.Bunlar nə dərəcədə realdır?
-Bu haqda düzünü deyəcəm.İlhamə xanımın sənət adamları ilə arada münasibətləri gərginləşirdi.Bunu isə İlhamə xanımın məndən əvvəl mətbuat katibi olmuş şəxs edirdi.O,müğənnilər haqqında doğru olmayan sözləri İlhamə xanıma çatdırırdı.Belə olanda bərk əsəbiləşirdi və efirlərə zəng edib,həmin müğənniyə qadağa qoydururdu.Bildiyiniz kimi,Tarix Əliyev (Tolik) də onunla işləyib.Özü deyirdi ki,Tolikdən çox razıyam.Tolik onun yanından gedəndən sonra pis olmuşdu.Onu bütün müğənnilərlə üz-üzə qoyan əvəlki mətbuat katibi olmuş şəxs idi...”Mamacan” deyə-deyə işini görürüdü.
-Gələk,xəstəlik məsələsinə.İlhamə xanıma nə olmuşdu?
-O,heç vaxt xəstəliyi barədə danışmırdı.Amma evin içərisi mən idim deyə,hər şeyi bilirdim.Amma bunu mətbuata çıxmağa qoymurdum.Bildiyiniz kimi,İlhamə xanım ürək əməliyyatı keçirmişdi.Onun ayaqlarından damar götürüb,ürəyinə yerləşdirmişdilər.Bundan sonra o ayaqlarına gözəllik üçün “dolğu” tətbiq etmişdi.Həmin əməliyyatdan sonra onda problem yaranmışdı.Ayaqlarında çürümə gedirdi.Bununla bağlı çox yerlərdə olduq.İrandan bir həkim gəlmişdi.Dedi ki,sizin ayağınız kəsilməlidir.Bu sözü eşidəndə İlhamə xanım çox əsəbiləşdi,həmin cərraha çox sərt şəkildə cavab verdi.Bu hadisədən sonra tanınmış türkiyəli həkimlə görüşdük.Həkim Həyat Akbaşın təklifi ilə biz Türkiyədə yerləşən “19 Mayis” xəstəxanasına getdik.Əhməd bəy adlı tanınmış həkim onu müayinə etdi və 3 ağır əməliyyat keçirdi.Onun ayağına xüsusi maddə yeridildi ki,çürükləri təmizləsin.Həkim ona demişdi ki, qətiyyən əsəb,stress olmaz.Çünki ağır əməliyyat keçirmişdi.
-Bunu mediadan gizlətdiniz?
-Bu haqda heç kim bilmirdi.Yalnız ikimiz bilirdik.Mənə dedi ki,mətbuata bildir ki,İlhamə xanım köməkçisi ilə xaricə dincəlməyə gedib.Bu ərəfələrdə İlhamə xanım bütün əmlakını mənim adıma keçirmişdi.İkimiz birlikdə 44 saylı natariusa getdik və həmin etibarnaməni mənə verdi. O,əmlakını mənim adıma keçirdəndə Quranı ortaya qoydu və mənim and içməyimi istədi.Mən də and içdim ki,sizin əmlakınızda gözüm yoxdur.O,istəyirdi ki,evi muzey kimi qalsın,paltarlarına əl vurmasınlar.Bunları da mənə etibar edirdi.
-Başa düşmədim.İlhamə xanım bütün var-dövlətini sizə verirdi?
-Yox,əməliyyata girəndə qorxurdu ki,ona nəsə olar.Çünki vəziyyəti yaxşı deyildi.Ağrıkəsicilərlə yaşayırdı.Əmlakları etibarnamə ilə mənə vermişdi ki,başına bir işgəlsə,əmlakları əldən çıxmasın.
-Bəs,Orxan?Ona oğlum deyirdi...
-Orxanla İlhamə xanımın münasibətləri mən onlara gələndə bir qədər sərin idi,inciklik var idi.Sonradan mən onların arasında mehribanlıq yaratdım.Onlar İlhamə xanımın evinə bayramlarda,ad günlərində gəlib,gedirdilər.
-Orxanın yoldaşı Arifə xanım bəs?
-Açığı İlhamə xanım onu sevmirdi.Deyirdi ki,bizə uyğun gəlin olmadı.Amma nəvəsi Ruslanı çox istəyirdi.Orxan Arifədən ayrılıb,başqası ilə ailə həyatı qursaydı,İlhamə xanım bütün var-dövləti ona verərdi.Mən belə görürdüm.
-Orxandan söz düşmüşkən.Deyirlər ki,o həyatda yoxdur...
-Mən də mediadan gördüm.Fikrimcə,həqiqətən bu,belədir.İnşallah ki,sağ olması barədə xəbərin alarlar...
-Mövzu o qədər genişdir ki,Türkiyədəki əməliyyatdan gəlib Orxana çıxdıq...Qayıdaq Türkiyəyə.Orada nə baş verdi?Həkimlər nə dedilər?
-Orada İlhamə xanımı çox ağır əməliyyatlar etdilər.Hardasa 1 ay orada qaldıq.Əməliyyatdan sonra bir qədər yüngüllük hiss edirdi.Amma artıq o deyildi.Biz Azərbaycana qayıtmalı olduq.Gecə ilə Bakıya gəldik.İlhamə xanımı əlil arabasında gətirdim.
-İlhamə xanım kimi bir qadın əlil arabasında hava limanına girməyə razı oldu?
-İnanın ki,o qadın çox qürurlu idi.Bilet yoxlanışı zamanı pasportunu işçilərə verəndə özü ayaqları ilə getdi.İstəmirdi ki,onu əlil arabasında görsünlər.
-Xarici pasport dediniz.Bir məsələ yadıma düşdü.İlhamə xanımın diplomatik pasportu var idi?Bu haqda nə bilirsiniz?
Həmçinin oxuyun
-Bəli,onun xarici pasportu fərqli idi.Biz xaricə gedəndə o başqa yoxlama məntəqəsindən keçirdi.”VİP” uçuşlardan istifadə edirdi.Diplomatik pasportu necə aldığını mən bilmirdim.
-Diplomatik pasport demişkən.Deyirdilər ki,İlhamə xanım diplomatlarla,məmurlarla sıx dostluq əlaqəsindədir.Bəzi işlərində bu əlaqələrdən istifadə edir.Bunun şahidi olmuşdunuz?
-Bilirsiniz,İlhamə xanım Xalq artisti idi,tanınmış sənətçi idi.Ona hörmət edirdilər.Hava limanında nazirlər,məmurlar onunla salamlaşırdılar,söhbət edirdilər.Ola bilər ki,bu zaman sözlərini də deyirmiş...
-Ölkəyə qayıtdınız,nə baş verdi sonra?
-Əməliyyatdan sonra Bakıya qayıtdıq.Sən demə biz orda olanda mənə qarşı burada plan cızırlarmış.İlhamə xanım salonda deyibmiş ki,hər şeyi Mehribanın adına keçirmişəm.Bu sözü Orxana çatdırıblar.Bu,məsələ Orxana pis təsir edib.Bu məsələdən sonra mənə qarşı plan hazırlanıb ki,məni İlhamə xanımdan uzaqlaşdırsınlar.
-Dediniz,plan qurublar.Kimlər idi onlar?
-Əslində bunu çoxları bilir.Mənə qarşı plan quranların hamısı cəzasını alıb...
-Planı necə cızmışdılar ki?
-Biz İlhamə xanımla Türkiyədə müalicədə olanda bunlar öz aralarında işlər görüblər.Biz qayıtdıqdan sonra mən rayona getmişdim.Rayonda olanda İlhamə xanıma zəng etdim,telefonu açmadı.Özüm də məəttəl qaldım.Nə baş verdiyini bilmədim.Bakıya qayıdanda İlhamə xanım məni evinə çağırdı.Həmin məlum videodakı hadisələr baş verdi.
-Detallı danışaq.Videonu kim çəkdi?
-Mən İlhamə xanımın evinə gəldim.Həmin vaxt qapını bağladılar,məni döydülər.Orxanın dostu Vüqar İlhamə xanımın əlinə bıçaq verdi ki,məni vursun.İlhamə xanım ayağıma bıçaqla vurdu,məni qan apardı.Bunu görən İlhamə xanımın huşu getdi,şəkəri qalxdı.Çox pis vəziyyətdə qaldı.Başları ona qarışdı,mən köməksiz vəziyyətdə qaldım.Özümə yardım etməyə çalışdım...
-Videoda bir qadın da var idi.O,kim idi?
-Mən onu tanımırdım şəxsən.Özünü Məsmə kimi təqdim edirdi.O,Vüqarın yanında idi.Belə qara-qura işlərlə məşğul olurdular.Hamısı da qanunla cəzasını aldılar.
-Bəs,evdən necə çıxdınız?
-Həmin vaxt tanınmış bir müğənni İlhamə xanımın evinə gəldi.Onun köməkliyi ilə evdən çıxa bildim.
-Kim idi O?
-Demək istəmirəm...O günlər çox acıdır mənim üçün...
-Kişi idi,ya, qadın?
-Kişi müğənnisi,İlhamə xanımla çox yaxın idi.Tələbəsi olmuşdu ...
-İlhamə xanımın tələbəsi Ülvü Qılınc,Elton Hüseynəliyev...
-Ülvü Qılınc idi...
-Xilas oldunuz,bəs niyə şikayət etmədiniz?
-Əslində mən şikayət etməyə getmişdim.Həmin vəzifəli şəxsin otağında olarkən İlhamə xanıma mənə zəng etdi.Dedi ki,dur,gəl bizə.Hər şeyi bitirək,mənə səhv məlumat veriblər.Məni inandırdı və yenidən ikinci dəfə onun evinə getdim.Həmin vaxt İlhamə xanım tək olduğunu demişdi mənə.Evə girdikdən sonra qəfildən Vüqar,Orxan və Faiq Ələkbərli otaqdan çıxdılar.Mənə təyziqlər oldu,fiziki güc tətbiq etdilər və mənim diz çöküb,İlhamə xanımdan üzr istəməyimə məcbur etdilər.Məni ağlasığmaz şeylərlə şantaj edirdilər...Videonu çəkdikdən sonra məni gecə saatlarında evə buraxdılar...
-Yenə şikayət etmədiniz?
-Onlar bu videonu çəkməklə guya mənim günahkar obrazımı yaratmaq və əllərində saxta fakt kimi aidiyyatı orqanlara təqdim etmək istəyirdilər və belə də etdilər.
-Və sonra?
-İlhamə Quliyevanın tapşırığı ilə onun yüksək vəzifədə olan yaxın dostunun iştirakı ilə mənə cinayət işi açıldı...İdarə rəisi idi.
-Kim idi o vəzifəli?Hazırda işləyir?
-Çox yüksək vəzifəsi var idi.Hazırda məncə,yox.
-Sizə cinayət işi harada açıldı?
-Bakı şəhər Baş Polis İdarəsində...
-Həmin vaxt İdarənin rəisi general-mayor Mirqafar Seyidov idi.
-Bəli,İlhamə xanımla çox yaxın dost idilər.Mənim həbsimdən bir müddət öncə həmin şəxslər başqa bir yüksək vəzifəli şəxsin evinə gediblər.Orada söhbət gedib ki,Mehribana cinayət işi açılmalı və həbs olunmalıdır.Deyiblər ki,bu,İlhamə Quliyevanın göstərişidir…Bu faktı rəsmi şəxs özü də açıq etiraf edib.
-Kimdir O?
-Hazırda istefada olan mayordur...
-Onun yanına kimlər idi gedən?Nə istəyiblər ondan?
-Mayor mənə sonradan dedi ki,sənin həbs olunmağınla bağlı tanınmış şəxslər onun evinə gediblər…
- Bunu həmin şəxs bizə də etiraf edə bilər?
-İstəsəniz,zəng edim,özü danışsın…
Harda qalmışdıq?...Sizi həbs etdilər və istintaq necə getdi?
-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...
-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?
-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.
-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?
-Müşfiq Abbasov...
- Necə getdi istintaq,razı qaldınız?
-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...
-Daha dəqiq desək...Hansı əməllərdən narazı qaldınız?
-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...
- İlhamə Quliyevanın ölümünü həbsxanada olarkən eşitdiniz?10 il əvvələ qayıdaq…
-Bəli,səhər tezdən efirə baxırdıq.Birdən xəbərlərdə onun ölümünü eşitdim.Huşumu itirdim,ürəyim getdi.Məni bir neçə saatdan sonra ayıldıla bilmişdilər...
- Onun ölümü sizin azadlığa çıxmağınıza səbəb oldu?
-Yox,bu fikir tamamı ilə yalnışdır.Əksinə,İlhamənin ölümü mənim həbsdən çıxmağımı gecikdirdi...Mənim azadlığa çıxmağım sırf ədalətli məhkəmə sayəsində və məni müdafiə edən tanınmış şəxslərin çağırışları oldu.Məni həbs edəndə dedilər ki,biz sizi bu yolla onlardan qoruyuruq.Həmin vaxt çöldə olsaydım,başıma çox işlər gələ bilərdi.Bunu mənə İdarədə də demişdilər.Onlar məni həqiqətən də mühafizəyə aldılar və vaxtı çatanda azadlığa çıxdım.
- İlhamə xanımın özünə cinayət işi açılıbmış?
- Bəli,bu haqda mən də eşitmişəm.özü də bir neçə mənbədən...Dedilər ki,həm mənim məsələmə görə,həm də başqa işlərə görə,ona cinayət işi açılıbmış...Eşitdiyimə görə,bu məsələ ilə bağlı ona zəng ediblər...Vəziyyəti çox pisləşib və dünyasını dəyişib...Bir söz deyim,bu işdə mənə tələ quran 7 nəfər olub.Hamısı da öz cəzasını alıb...Onları Allah cəzalandırdı.Amma 7 nəfərin adını çəkmirəm...
- Dediniz,sizi müdafiə edənlər də oldu.İlhamə Quliyevadan çəkinməyib,bu cəsarətli addımı atanlar kim olub?
-Çox oldu. Efirlər,jurnalistlər,deputatlar,müğənnilər..çox adam.. Bir söz deyim.Mənə çox böyük dəstəklərdən biri Xalq artisti Aygün Kazımovanın çıxışı olmuşdu.Bu,xanımı çox sevirəm.Onunla görüşmək istəyirdim...Aygün xanımdan əlavə Nazpəri Dostəliyeva,Elza Seyidcahan,o vaxtki mədəniyyət naziri Əbülfəs Qarayev,deputat Çingiz Qənizadə də məni müdafiə etdi.
İlhamə Quliyevadan sizə nəsə qaldı?
-Bircə o məşhur telefon nömrəsi... O,da mənim adıma idi.Sonradan Orxan istədi,həmin nömrəni də ona verdim...Bir də üzük hədiyyə vermişdi. Onu da məlum hadisələrdə əlimdən aldılar.
-Bu gün şükürlər olsun ki,azadlıqdasınız.Dövlət də,məhkəmə də ədalətin yanında oldu.Necə deyərlər,şər qüvvələr məğlub oldular.Son sözünüz nədir.İlhamə Quliyevaya rəhmət oxuyursunuz?
- Bu sual çox çətindir...Bu qədər hadisə baş verib...Bu,bütün insanlara dərs olmalıdır...Allah ona da rəhmət etsin.Mən helə də kinli adam deyiləm.Xeyirxah işlərlə məşğul olmağı,xeyirli vətəndaş olmaq yolunu seçmişəm.Bu gün himayəmdə əri tərəfindən şiddət görmüş,iki övladı olan bir xanım var.Ona dəstək oluram.Övladlarının təhsilində yanındayam.Həmin xanım mənim qohumum deyil,sadəcə bir insan kimi ona dəstəyəm.
Müsahibəni apardı: Miri Məcidli
16:41 / 25 Fevral 2026
3
16:35 / 25 Fevral 2026
12
16:22 / 25 Fevral 2026
29
16:15 / 25 Fevral 2026
32
16:03 / 25 Fevral 2026
77
15:46 / 25 Fevral 2026
208
15:44 / 25 Fevral 2026
46
15:18 / 25 Fevral 2026
42
14:33 / 25 Fevral 2026
415
14:08 / 25 Fevral 2026
216
14:06 / 25 Fevral 2026
207
13:54 / 25 Fevral 2026
68
13:31 / 25 Fevral 2026
203
13:27 / 25 Fevral 2026
56
12:47 / 25 Fevral 2026
841
12:43 / 25 Fevral 2026
196
12:35 / 25 Fevral 2026
79
12:24 / 25 Fevral 2026
82
12:13 / 25 Fevral 2026
61
11:54 / 25 Fevral 2026
158
11:26 / 25 Fevral 2026
998
11:25 / 25 Fevral 2026
94
11:19 / 25 Fevral 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.