"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2258
24.02.2026, 11:22
Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli müğənni İlhamə Quliyevanın vəfatının növbəti ildönümü ərəfəsidir.
Oxu24.com bu ərəfədə Xalq artistinin mətbuat katibi olmuş və müğənni ilə qalmaqallı şəkildə yolları ayrılan, həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.
O,müsahibəsində İlhamə Quliyevanın şikayəti əsasında həbs olunduğu dövrdə ona açılmış cinayət işinin istintaqını aparan müstəntiqlərdən də danışıb.Onun müsahibəsindən bəlli olur ki,müstəntiqlərdən biri dünən həbs olunan Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov olub.
Həmin müsahibədən bir hissəni təqdim edirik:
Əvvəlki bölümü buradan oxuya bilərsiniz.
...Mehriban xanım,cinayət işinizin araşdırmasını kim aparırdı?
-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...
-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?
-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.
-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?
-Müşfiq Abbasov...
- Necə getdi istintaq,razı qaldınız?
-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...
-Daha dəqiq desək...Hansı əməllərdən narazı qaldınız?
-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...
Müsahibənin tam versiyasını yaxın zamanda Oxu24.com saytında oxuya bilərsiniz.
Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbs olunması barədə məlumat vermişdik.
Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.
Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.
Müsahibəni apardı: Miri Məcidli
21:24 / 13 Noyabr 2026
1
21:03 / 13 Noyabr 2026
51
20:58 / 13 Noyabr 2026
56
20:50 / 13 Noyabr 2026
532
20:41 / 13 Noyabr 2026
82
20:37 / 13 Noyabr 2026
78
20:35 / 13 Noyabr 2026
51
20:20 / 13 Noyabr 2026
89
20:09 / 13 Noyabr 2026
268
20:06 / 13 Noyabr 2026
82
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
260
19:53 / 13 Noyabr 2026
198
19:41 / 13 Noyabr 2026
114
19:38 / 13 Noyabr 2026
674
19:35 / 13 Noyabr 2026
100
19:30 / 13 Noyabr 2026
337
19:28 / 13 Noyabr 2026
158
19:23 / 13 Noyabr 2026
105
19:05 / 13 Noyabr 2026
104
18:59 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
102
18:50 / 13 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.