Qaynar xətt:

(+99450) 247 90 86

34 min manatlıq oğurluq edən üç nəfər həbs olundu

34 min manatlıq oğurluq edən üç nəfər həbs olundu

KRİMİNAL

78

06.07.2026, 15:31

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.

Bu barədə Oxu24.com Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.