Rubl neçəyədir?
09 Fevral 2026, 09:10
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
121
09.02.2026, 20:04
Nazirlər Kabinetinin qərarı ilə bir sıra mallar, o cümlədən avtomobil benzini üzrə gömrük rüsumları ayrıca müəyyən ediləcək. Baş nazir Əli Əsədovun imzaladığı sənəd “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklikləri nəzərdə tutur. Qərara əsasən, bu məhsullar üçün vahid deyil, ayrıca rüsum yanaşması tətbiq olunacaq.
Oxu24.com məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar benzindən fərqli digər yanacaq növləri üzrə rüsumun ayrıca müəyyənləşdirilməsi məqsədi daşıyır:
“Bu rüsumun hansı istiqamətdə dəyişəcəyini indidən dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, ehtimallar onun artım yönümlü ola biləcəyini göstərir. Burada həm büdcə qənaəti, həm də xərclərin optimallaşdırılması nəzərə alına bilər ki, bu da son nəticədə qiymətlərə təsir göstərə bilər”.
O bildirib ki, qərar hökumətə benzin siyasətini ayrıca və müstəqil şəkildə tənzimləmək imkanı yaradır:
Həmçinin oxuyun
“Bu yanaşma müsbət qiymətləndirilə bilər. Eyni zamanda, hər addımda əhalinin sosial iqtisadi durumu nəzərə alınacaq və rüsum artımı mərhələli şəkildə həyata keçiriləcək. Sabit 15 faizlik rüsumun tətbiq edilməməsi onu göstərir ki, rüsum dəyişən olacaq. Bu zaman beynəlxalq bazarlardakı qiymətlər və daxili xərclər əsas götürülə bilər. Rüsumun faizi dövrlərə görə 13, 15 və ya 20 faiz səviyyəsində müəyyən edilə bilər”.
Ekspert deyib ki, bütün bu məsələlərin uzunmüddətli həlli isə Azərbaycanın neft emalı imkanlarının genişləndirilməsindən keçir:
“Ölkə yalnız xam neft ixrac edən deyil, həm də onu emal edib əlavə dəyər yaradan dövlətə çevrilməlidir. Çünki alternativ enerji mənbələrinin artması və neft qiymətlərinin gələcək taleyi ilə bağlı qeyri müəyyənliklər bu istiqamətdə addımları zəruri edir”, – deyə o bildirib.
23:55 / 09 Fevral 2026
5
23:52 / 09 Fevral 2026
13
23:48 / 09 Fevral 2026
52
23:46 / 09 Fevral 2026
19
23:44 / 09 Fevral 2026
28
23:31 / 09 Fevral 2026
47
23:30 / 09 Fevral 2026
28
23:29 / 09 Fevral 2026
38
23:28 / 09 Fevral 2026
27
23:23 / 09 Fevral 2026
39
23:19 / 09 Fevral 2026
63
23:16 / 09 Fevral 2026
61
23:13 / 09 Fevral 2026
53
23:07 / 09 Fevral 2026
66
23:03 / 09 Fevral 2026
119
22:57 / 09 Fevral 2026
57
22:54 / 09 Fevral 2026
53
22:51 / 09 Fevral 2026
120
22:36 / 09 Fevral 2026
109
22:19 / 09 Fevral 2026
54
22:19 / 09 Fevral 2026
98
22:12 / 09 Fevral 2026
143
22:11 / 09 Fevral 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.