Emin Əmrullayevlə görüşə gedən müəllimin başına iş gəldi: Onları otağa salıb,nazirdən gizlədənlər kim olub? -DETALLAR
03 Fevral 2026, 13:08
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
621
09.02.2026, 21:44
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və tibb mərkəzləri “yararsız” desə də, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həkim komissiyası vətəndaşın sağlam olmasını deyir.
Oxu24.com-un redaksiyasına müraciət edən Nihat Novruz oğlu Aslanov hərbi xidmətə çağırış prosesində üzləşdiyi yanaşmalardan və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tibbi-Sosial Ekspert Komissiyasının qərarından şikayətçidir.
N.Aslanovun sözlərinə görə, universiteti bitirdikdən sonra Səfərbərlik Xidmətinin Rayon Şöbəsinə müraciət edib və könüllü xidmət etmək istəyini bildirib. Lakin 2022-ci ildə keçirdiyi ağır əməliyyat nəticəsində sağ biləyinə yerləşdirilən daimi mil ciddi problem yaradıb.
“Nizami Tibb Mərkəzi, Travmatologiya İnstitutu və hərbi komissarlığın (Red- Səfərbərlik Xidmətinin) öz həkimləri qolumdakı milə və funksiya pozuntusuna görə məni hərbi xidmətə yararsız hesab ediblər. Əməliyyat edən həkimim Zahid Cəfərovun diaqnozuna görə, mən 5 kiloqramdan artıq yük qaldıra bilmərəm, soyuq havada qolum sızıldayır və barmaqlarımın hərəkəti məhduddur. Əlim silah tutacaq vəziyyətdə deyil”,-deyə çağırışı Nihat Aslanlı bildirib.
DSMF ilə ziddiyyət: “6 aylıq möhlət verdilər ki, mili çıxartdırım”.
Vətəndaş bildirir ki, Səfərbərlik Xidmətinin hərbi həkim komissiyası onun işini rəy üçün Sosial Müdafiə Fonduna göndərib. İlkin yoxlanışda ona 6 aylıq möhlət verilib və bildirilib ki, müddət bitdikdən sonra hərbi biletini ala bilər. Lakin müddət bitdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.
“6 ay sonra yenidən yoxlanışa çağırdılar. Bu dəfə Səfərbərlik Xidməti mənə bildirdi ki, biz səni yararsız yazsaq da, Sosial Müdafiə Fondu bizim rəyimizin üstündən xətt çəkərək səni yararlı hesab edib. Səbəb kimi isə göstərirlər ki, guya mənə o 6 ayı qolumdakı mili çıxartdırmaq üçün veriblər. Hansı ki, o mil ömürlükdür və sümük hələ də bitişməyib. Mili çıxartmaq əlimin tamamilə iflic olması deməkdir”.
Tariel Əhmədzadə ilə qalmaqallı söhbət...
Şikayətçi DSMF-nin Daxili Nəzarət şöbəsinin əməkdaşı olduğu bildirilən Tariel Əhmədzadə ilə görüşdüyünü və aldığı cavabdan şoka düşdüyünü qeyd edir.
“Tariel bəy mənə bildirdi ki, səni 59-cu qaydaya əsasən yararlı vurmuşuq. Qolumdakı ağrılara isə ‘subyektiv amildir, biz onu hiss etmirik’ deyərək kobud şəkildə cavab verdi. Hətta iddia etdi ki, ona qolunda mil olan, əli işləməyən adamı əsgər aparmaq üçün xüsusi səlahiyyət verib. Mən inanmıram ki, hansısa məmura xəstə vətəndaşı zorla xidmətə aparmaq tapşırığı verilsin”.
“Hər ay işimi-gücümü atıb qan verirəm”
Hazırda ailəli olan və ailəsinə baxan Nihat Aslanov hər ay hərbi komissarlığa çağırılmaqdan və təkrar-təkrar eyni analizləri verməkdən tükəndiyini deyir:
“Hər ay məni çağırıb yenidən qan analizi, ürək müayinəsi tələb edirlər. Martın 1-nə yenidən çağırış gəlib. Mənim hüquqi azadlığım yoxdur? Yararsız olduğum 6 fərqli rəylə sübut olunubsa, bir qurumun inadkarlığına görə niyə həyatım alt-üst olmalıdır? Bu məsələnin birdəfəlik həllini tələb edirəm”,-deyə şikayətçi bildirib.
Həmçinin oxuyun
Nihat Aslanovun şikayəti bir vətəndaşın taleyindən daha çox, fərqli dövlət qurumları arasındakı rəy ziddiyyətini ortaya qoyur. Səfərbərlik Xidmətinin və ixtisaslaşmış tibb mərkəzlərinin "hərbi xidmətə yaramır" dediyi şəxsin, DSMF tərəfindən "yararlı" hesab edilməsi ciddi suallar doğurur.
Vətəndaşın sağlamlıq vəziyyəti (qolunda ömürlük metal konstruksiyanın olması və sümük bitişməməsi faktı) hərbi xidmət zamanı həm onun özü, həm də xidmət yoldaşları üçün təhlükə yarada bilərmi?
Sosial Müdafiə Fondu tərəfindən tətbiq edilən "59-cu qayda" fiziki məhdudiyyəti olan vətəndaşların xidmətə cəlb olunmasına nə dərəcədə imkan verir?
Oxu24.com mövzu ilə bağlı hüquqşünasların və yazıda adları qeyd olunan qurumların da mövqeyini təqdim edəcək.
Qeyd edək ki,7 fevralda Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.
O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:
“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.
Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.
Çimnaz Telmanqızı
23:07 / 09 Fevral 2026
1
23:03 / 09 Fevral 2026
13
22:57 / 09 Fevral 2026
20
22:54 / 09 Fevral 2026
14
22:51 / 09 Fevral 2026
69
22:36 / 09 Fevral 2026
74
22:19 / 09 Fevral 2026
38
22:19 / 09 Fevral 2026
68
22:12 / 09 Fevral 2026
110
22:11 / 09 Fevral 2026
59
21:51 / 09 Fevral 2026
137
21:40 / 09 Fevral 2026
72
21:26 / 09 Fevral 2026
80
21:05 / 09 Fevral 2026
281
21:02 / 09 Fevral 2026
175
20:59 / 09 Fevral 2026
124
20:50 / 09 Fevral 2026
427
20:49 / 09 Fevral 2026
233
20:49 / 09 Fevral 2026
90
20:42 / 09 Fevral 2026
354
20:39 / 09 Fevral 2026
172
20:30 / 09 Fevral 2026
3310
20:29 / 09 Fevral 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.