Ağdaban Soyqırımı: Mədəniyyətimizə və Tariximizə Qarşı Yönəlmiş Qanlı Cinayət
08 Aprel 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1349
09.02.2026, 20:42
Azərbaycanda fevralın 9-u Xıdır Nəbi bayramı qeyd olunur və “Xıdır Nəbi” bayramı xalqın qədim adət ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimi kimi tanınır.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi Nərmin Həsənova cavablandırıb.
-Nərmin xanım, Xızır Nəbi bayramı adətən fevralın 9-u və 10-u, bəzi yerlərdə isə fevralın 14-ü və 15-i - Xızır İlyasın doğulduğu gün qeyd olunur. Deyilənə görə, bu dövr həmçinin fevralın 1-dən 20-nə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir. Bəs bu bayram hansı xüsusiyyətinə görə önəmlidir, nə kimi əhəmiyyəti var?
- Xıdır Nəbi bayramı Azərbaycan xalqının qədim mifoloji dünyagörüşünə və arxaik inanclar sisteminə söykənən, əsrlər boyu xalq yaddaşında yaşadılan və bu gün də öz mənəvi-ideoloji əhəmiyyətini qoruyub saxlayan mərasimlərdəndir. Türksoylu xalqların mifik təfəkküründə təbiətin oyanışını, bolluq və bərəkətin gəlişini müjdələyən bu obraz müxtəlif məkanlarda Xıdır Nəbi, Xızır İlyas, Qışyarısı kimi adlarla tanınır. Bayram ənənəvi olaraq fevral ayının ikinci həftəsinin son cümə axşamı qeyd olunur.
- Qarabağ zonasında bu mərasimə rast gəlməmişəm, amma bizim zonada fevralın sonunda keçirilən “hava, su, torpaq, od” çərşənbələrinə daha çox bənzəyir ...
-Əski çağlardan üzü bəri xalq Xıdır Nəbi bayramını Novruzun mübarək gəlişinin müjdəçisi kimi qarşılamış, qışın yarısını yola salmaq məqsədilə çal-çağırlı yığnaqlar qurmuş, vaxtı söz-söyləmə, düzgü və qoşmalarla ötürmüşdür. Folklor mənbələrində bu bayramın hər il qış yarı zamanı - böyük çillə ilə kiçik çillə arasında keçirildiyi xüsusi vurğulanır. Xalq inanclarına görə, Xıdır Nəbi həyatverici qüvvəni təcəssüm etdirən, bolluq və bərəkət gətirən müqəddəs bir obrazdır. Onun gəlişi ilə torpağın canlandığına, qışın sərtliyinin zəiflədiyinə, insanların ruzi payının artdığına inanılır. Bu baxımdan Xıdır Nəbi bayramının əsas mahiyyəti insanla təbiət arasında harmoniyanın bərpası ideyasına əsaslanır. Bayram eyni zamanda ümid və gözlənti mərasimi kimi də səciyyələnir.
Həmçinin oxuyun
- Eynən, Novruz bayramının gəlişinə hazırlıq kimi dəyərləndirilməsi də diqqətdən yayınmır...
Bəli, qışın çətinliklərini arxada qoyan insan üçün bu mərasim yeni fəslə, yeni günlərə inamın rəmzi kimi çıxış edir. Bayram zamanı icra edilən niyyət tutma, pay qoyma, ev-eşik təmizləmə kimi adətlər xalqın gələcəyə yönəlmiş arzu və istəklərini ifadə edir. Mahiyyət etibarilə Xıdır Nəbi bayramı Novruzdan əvvəl keçirilən mərasimlər silsiləsinə daxildir və Novruza aparan ideya-mənəvi hazırlıq mərhələsi kimi mühüm funksiyanı yerinə yetirir. Bu bayram təbiətin oyanışı ilə yanaşı, insanın daxili saflaşmasını, kollektiv yaddaşın yenilənməsini və milli-mənəvi dəyərlərin qorunub yaşadılmasını təmin edən əhəmiyyətli folklor hadisəsidir.
-Bayram ən çox hansı bölgələrimizdə qeyd edilir?
- Bayram əsasən Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə qeyd olunur və bu bayram ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində fərqli adət-ənənələr mövcuddur. Bu bayram bir sıra xalq adətlərini və inanclarını ehtiva edir. Məsələn, Naxçıvan bölgəsində bu bayram münasibətilə nişanlı qızlara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti geniş yayılıb. Oğlan evi nişanlı qıza, ata evi isə təzə gəlinə Xıdır xonçası göndərir ki, bu da ailə bağlarının möhkəmləndirilməsi və bolluq-bərəkət arzusu ilə bağlıdır.
-Bir Gürcüstan azərbaycanlı həmkarım var, o da bu bayramı çox sevdiyini və hər il ailəvi keçirdiklərini deyir...
- Bəlkə də, bu bayramı ən maraqlı şəkildə elə Gürcüstan azərbaycanlıları keçirir. Qonşu ölkədə yaşayan azərbaycanlılar Xıdır Nəbi bayramında buğdanı üyüdüb ondan “qovuq” (Bir çox bölgələrdə ona “qovut” da deyilir- Ə.R.) hazırlayır, bir qaba tökərək ətrafına şamlar düzür, üzərini qırmızı lent və qırmızı örtüklə bağlayırlar. Daha sonra dilək tutulur və niyyət edilir ki, arzu həyata keçərsə, gələn il Xıdır Nəbi adına xoruz qurban veriləcək. İnama görə, səhər yuxudan durarkən qovuğun üzərində at nalı formasında iz görünərsə, bu, Xıdırın həmin evə gecə gəldiyinin və diləyin qəbul olunduğunun işarəsi sayılır. Ümumiyyətlə, deyə bilərik ki, qarlı- şaxtalı havalardan, sazaqlı günlərdən sonra başlayan Xızır Nəbi bayramı qız -gəlinlərin də, böyüklərin, uşaqların da ən çox sevindikləri, ruh yüksəkliyi yaşadığı günlər hesab olunur.
- Yəqin elə buna görə də el arasında belə bir bayatı var:
Mən Xıdırın quluyam,
Göy atının çuluyam.
Ağzının arpasıyam
Ayağının nalıyam.
Nərmin xanım, maraqlı açıqlamaya görə dərin təşəkkürümüzü bildiririk.
Söhbətləşdi:Əntiqə Rəşid
00:25 / 12 Aprel 2026
317
00:15 / 12 Aprel 2026
258
00:12 / 12 Aprel 2026
103
00:09 / 12 Aprel 2026
84
00:03 / 12 Aprel 2026
187
23:50 / 11 Aprel 2026
22658
23:47 / 11 Aprel 2026
113
23:33 / 11 Aprel 2026
99
23:26 / 11 Aprel 2026
159
23:22 / 11 Aprel 2026
201
23:09 / 11 Aprel 2026
98
23:08 / 11 Aprel 2026
105
23:01 / 11 Aprel 2026
211
22:48 / 11 Aprel 2026
704
22:46 / 11 Aprel 2026
95
22:39 / 11 Aprel 2026
85
22:34 / 11 Aprel 2026
96
22:32 / 11 Aprel 2026
555
22:19 / 11 Aprel 2026
211
22:18 / 11 Aprel 2026
361
22:07 / 11 Aprel 2026
218
22:03 / 11 Aprel 2026
115
22:02 / 11 Aprel 2026
1367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.