İldırım mövsümü BAŞLADI: Sağ qalmaq üçün bu şərtlərə əməl edin!
03 May 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2348
09.02.2026, 20:15
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.
Oxu24.com xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, onunla bağlı mülki iddia qaldırılıb.
İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur.
Həmçinin oxuyun
Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.
O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
23:03 / 03 May 2026
4
23:01 / 03 May 2026
20
22:50 / 03 May 2026
210
22:46 / 03 May 2026
27
22:36 / 03 May 2026
236
22:33 / 03 May 2026
31
22:28 / 03 May 2026
35
22:23 / 03 May 2026
37
22:15 / 03 May 2026
103
22:13 / 03 May 2026
37
22:02 / 03 May 2026
43
21:59 / 03 May 2026
52
21:57 / 03 May 2026
42
21:45 / 03 May 2026
57
21:42 / 03 May 2026
47
21:39 / 03 May 2026
44
21:36 / 03 May 2026
319
21:18 / 03 May 2026
326
21:11 / 03 May 2026
51
21:10 / 03 May 2026
209
20:51 / 03 May 2026
58
20:42 / 03 May 2026
200
20:41 / 03 May 2026
1861
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.